Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Özbəkistanlı yazıçı Nizami Gəncəvi məqbərəsində

Özbəkistanlı yazıçı Nizami Gəncəvi məqbərəsində

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 may, AZƏRTAC

Böyük mütəfəkkirlər Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığı tarixin bütün dövrlərində Türk dünyasının, xüsusilə Azərbaycan və Özbəkistan xalqlarının mənəvi sərvəti sayılıb. Nizami yaradıcılığında geniş yer tutan türk sevgisi Əlişir Nəvai irsində özünün yüksək zirvəsinə çatıb. Türkdilli klassik ədəbiyyatın nəhəng siması Əlişir Nəvai dahi Azərbaycan şairi Nizami Gəncəvini özünə ustad sayıb və əsərlə¬rində bunu dönə-dönə vurğulayıb.

Ədəbi-mədəni əlaqələrimizin sonrakı dövrlərinə aid də çoxlu tarixi faktlar var. Məsələn, Heydər Xarəzmi özbək dilində yazdığı əsərinin müqəddiməsində belə qeyd edib: “Bərk həyəcanlı idim. Bu zaman sanki Nizami Gəncəvi öz mərhəmətli əl¬ləri ilə qapını açıb içəri girdi. Ayaqlarına yıxıldım. O lütf ilə əlimdən tutub qaldırdı, “dur!” – dedi: “Bu gün dövran türklərin dövranıdır. Uca səslə türkü oxu! Sazını köklə, məhəbbətlə qopuzunu əlinə al, türk nəğməsi yarat! Şeirdə mənim yo¬lum xoşagələndir, gülqənd kimi faydalı¬dır. Mən yazdığım xətlə qələm işlət! Mən keçən yola qədəm qoy!”

Göründüyü kimi, Nizami Gəncəvi “mənim yolumla get” deyir. Bu yol isə dahi Nizaminin özünün gəldiyi, özündən sonra isə bəşəriyyətə, Türk dünyasına, müsəlman aləminə miras qoyduğu xü¬susi ilahi nizama məxsus Nizami yolu¬dur.

Hazırda Azərbaycan–Özbəkistan əlaqələrinin ən uca zirvəyə çatması prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin adları ilə bağlıdır. İki ölkə arasında bu vax¬tadək imzalanmış çoxsaylı sənədlər, o cümlədən strateji tərəfdaşlığın dərinləş¬dirilməsi və hərtərəfli əməkdaşlığın inki¬şafına dair 2024-cü ilin avqustunda müttəfiqlik müqaviləsinin imzalanması əməkdaşlıqda möhkəm hüquqi baza formalaşdırıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru dosent Əlimuxtar Muxtarov bildirib.

Dosent Əlimuxtar Muxtarov diqqətə çatdırıb ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, onun nəzdindəki Beynəlxalq Nizami Gəncəvi Elmi-Tədqiqatlar Cəmiyyəti, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Tədqiqatlar Mərkəzi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda və Gəncə Bölməsində Əlişir Nəvai adına ədəbiyyat, mədəniyyət mərkəzləri kimi ortaq amallara, dəyərlərə xidmət edən təşkilatlar öz vəzifələrini uğurla icra etməkdədirlər.

AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini qeyd edib ki, Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini, şair, yazıçı Qeyrət Məcidin bu günlərdə Gəncəyə səfəri eyni amala xidmət edib. Qonaq dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət edib.

Görüş əsnasında Əlimuxtar Muxtarov Nizami Gəncəvinin həyat və yaradıcılığından, Azərbaycan şairi kimi ümumbəşəri ideyaların carçısı olmasından, türklüyü ilə fəxr etməsindən, mənsub olduğu Azərbaycan xalqı ilə yanaşı, dünya xalqlarına rəğbətindən, dahi şairin irsini tədqiq edən Azərbaycan alimlərindən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin dahi Azərbaycan mütəfəkkirinin irsinə, “Xəmsə”sinə, məqbərəsinə, doğma şəhəri Gəncəyə böyük diqqət və qayğısından, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsindən geniş söhbət açıb.

“Biz Nizaminin doğma məkanındayıq. Nizami Gəncəvi bütöv yaradılışı ilə, ruhu və düşüncəsi ilə buradadır - Gəncədədir. Bura çox müqəddəs məkandır. Burada hər şey hava, su kimi aydındır. Bu gün çox sevincliyik, çünki Nizami ilə birlikdəyik”, - deyə Nizami məqbərəsini ziyarət edən yazıçı Qeyrət Məcid düşüncələrini dilə gətirib.

Daha sonra qonaq AMEA Gəncə Bölməsini, Nizami Gəncəvi Mərkəzini, Əlişir Nəvai adına Özbək Dili və Mədəniyyəti Mərkəzini ziyarət edib, xatirə dəftərinə ürək sözlərini yazıb. Görüş çərçivəsində qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığı daha da inkişaf etdirməyin istiqamətləri müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri