Prezidentlər Nizami Gəncəvi adına Universitetdə VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetini ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, Şavkat Mirziyoyevin universitetdə yaradılmış şəraitin onların xoşuna gəlib-gəlmədiyi barədə sualına tələbələr müsbət cavab veriblər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev özbək həmkarına Özbəkistanın təşəbbüsü ilə Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına məktəbə, həmçinin Nizami Gəncəvinin xatirəsinə Özbəkistanda bu qədər hörmətlə ehtiram göstərilməsinə görə təşəkkürünü bildirib.
Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin tələbələrindən biri Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycan dilində salamlayıb və öz şeirlərini oxuyub. Daha sonra o, iki dövlətin liderlərinə kitab hədiyyə edib.
Ardınca Azərbaycan və Özbəkistan prezidentləri tələbələrlə xatirə fotosu çəkdiriblər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 23 Avqust 2026 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















