“Nobel Komitəsi siyasəti sülhdən üstün tutur” Ağ Ev Trampa sülh mükafatı verilməməsinə münasibət bildirib
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Nobel Komitəsi sübut etdi ki, siyasəti sülhdən üstün tutur.
APA xəbər verir ki, bunu Ağ Evin kommunikasiya məsələləri üzrə direktoru Steven Çeunq özünün “X” hesabında yazıb.
“Prezident Tramp sülh razılaşmalarını ərsəyə gətirməyə, müharibələri bitirməyə və həyatları xilas etməyə davam edəcək. Onun çox humanist qəlbi var və onun kimi dağları öz iradəsinin gücü ilə yerindən oynada bilən bir şəxs tapılmayacaq. Nobel Komitəsi sübut etdi ki, siyasəti sülhdən üstün tutur”, - Ağ Ev rəsmisi bildirib.
Qeyd edək ki, Nobel Sülh mükafatının laureatı "Venesuela xalqının demokratik hüquqlarını təşviq etmək istiqamətində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid uğrunda apardığı mübarizəyə" görə Maria Korina Maçado seçilib.


