Norveçin sərvət fondu İsrailə investisiyalarının bir hissəsini tərk edib
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, fondun bəyanatında bildirilir ki, o, Maliyyə Nazirliyinə fondun idarəçilik səlahiyyətinin icrası, onun İsrail şirkətlərinə investisiyaları ilə bağlı araşdırma aparmağı və zəruri hesab etdiyi hər hansı yeni tədbirləri tövsiyə etməyi xahiş edib.
Açıqlamada bu təhqiqata başlanıldığı vurğulanıb və əlavə edilib ki, 30 iyun tarixinə fondun 61 İsrail şirkətində sərmayəsi var və bunlardan 11-i Maliyyə Nazirliyinin fond göstəriciləri indeksinə daxil edilməyib.
Fond tərəfindən keçən həftədən etibarən verilən qərarlara istinad edilən açıqlamada: "Sözügedən göstərici birja indeksinə daxil olmayan İsrail şirkətlərinə edilən bütün investisiyalar ən qısa zamanda satılacaq. Xarici portfel menecerləri tərəfindən idarə olunan İsrail şirkətlərinə qoyulan bütün investisiyalar daxili idarəetməyə veriləcək və daxildə idarə olunacaq. Biz İsraildəki xarici menecerlərlə müqavilələrimizə xitam veririk", - deyə bildirilir.
Nəticə etibarı ilə açıqlamada fondun İsrailə yatıracağı investisiyaların etalon birja indeksinə daxil olan şirkətlərlə məhdudlaşacağı bildirilib.
“Lakin biz indeksə daxil olan bütün İsrail şirkətlərinə investisiya qoymayacağıq. Biz son bir neçə günü indeksə daxil olmayan İsrail şirkətlərinə investisiyalarımızı satmaqla keçirdik və bu mövqelərdən tamamilə çıxdıq”, - deyə açıqlamada qeyd edilib.
"Norges Bank Investment Management"in baş direktoru Nikolai Tangen bu tədbirlərin fövqəladə vəziyyətlərə cavab olaraq alındığını bildirərək: “Qəzzada vəziyyət ciddi bir humanitar böhrandır. Müharibə şəraitində olan bir ölkədə fəaliyyət göstərən şirkətlərə sərmayələrimiz var və İordan çayının qərb sahilində və Qəzzada son vaxtlar vəziyyət pisləşib. Cavab olaraq, biz lazımi araşdırma proseslərimizi daha da gücləndirəcəyik. Gördüyümüz tədbirlər bu bazarda sərmayələrimizin idarə olunmasını sadələşdirəcək və bizim və İdarə Şurasının nəzarət etdiyi şirkətlərin sayını azaldacaq”, - deyib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 12 Avqust 2025 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















