Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə test imtahanı keçirilir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 14-də Ədliyyə Nazirliyinin İxtisas Komissiyası tərəfindən notariat fəaliyyəti ilə peşəkar şəkildə məşğul olmaq üçün şəhadətnamə almaq istəyən və “Notariat haqqında” Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları üçün elan olunan müsabiqənin birinci mərhələsi - test imtahanı keçirilir.
AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzi ilə birgə kompüterlər vasitəsilə keçirilən imtahanda 280 namizəd iştirak edir.
İmtahan prosesini ədliyyə nazirinin müavini, nazirliyin İxtisas Komissiyasının sədri Abiddin Hüseynov, komissiyanın digər üzvləri, nazirlik yanında İctimai Şuranın təmsilçiləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri izləyirlər.
Test imtahanının nəticələri namizədlərə imtahanı yekunlaşdırdıqda dərhal təqdim olunacaq.
Qanunvericiliyin tələbinə uyğun olaraq, test imtahanından mümkün 90 balın 60-nı toplayan namizədlər növbəti mərhələyə – müsahibəyə buraxılacaqlar. Müsahibə mərhələsində uğur qazanan hüquqşünaslar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaqlar və təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsinə əsasən onlara notariat fəaliyyəti ilə peşəkar şəkildə məşğul olmaq üçün şəhadətnamə veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 14 Noyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















