Icma.az
close
up
RU
Notarius rəisinin iş adamının 500 minini ələ keçirməsi iddiası ilə bağlı DİN dən açıqlama

Notarius rəisinin iş adamının 500 minini ələ keçirməsi iddiası ilə bağlı DİN dən açıqlama

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Həbsdə olan iş adamı Emil Səməndərova məxsus torpaq sahəsinin ələ keçirilməsi ilə bağlı xəbər vermişdik. İş adamının xanımı məsələ ilə bağlı polisə müraciət etdiklərini, amma xeyli vaxt keçsə də cavab ala bilmədiklərini bildirmişdi. Daxili İşlər Nazirliyi iddialara cavab verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Anar Qafarov bildirib ki, Emil Səməndərov 29 may 2024-cü il tarixində polisə müraciət edərək tanışı Ramiz Hümmətov və Atabəy Xasıyevin ona külli miqdarda maddi ziyan vurması barədə məlumat verib. Müraciət əsasında Abşeron Rayon Polis İdarəsində araşdırma aparılıb.

Anar Qafarov bildirib ki, tərəflərin izahatları alınaraq iş materiallarına əlavə edilib: “Araşdırma nəticəsində əməldə cinayət məsuliyyəti yaradan halların olmadığı müəyyən edilib və vətəndaşa bu barədə məlumat verilib. E.Səməndərova aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunub. Müraciətin ərazi polis orqanında araşdırılmadığına dair səsləndirilən iddialar həqiqəti əks etdirmir”.

Qeyd:

İş adamının xanımı Vəfa Məcidova redaksiyamıza müraciətində bildirmişdi ki, 31 saylı notariat ofisinin kontoru işləmiş Ramiz Hümmətov həyat yoldaşı Emil Səməndərovu aldadaraq qabaqcadan əlbir olduğu bir neçə şəxslə birlikdə dələduzluq yolu ilə onun 500 min manat pulunu ələ keçirib.

“Bununla bağlı Abşeron Rayon Polis İdarəsinə şikayət ünvanlamışam. Şikayətimizi araşdıran üç müstəntiqdəyişib. Hələ ki, şikayətin nəticəsi ilə bağlı məlumat əldə edə bilməmişik”,- deyə Vəfa Məcidova açıqlamasında qeyd edib.

Vəfa Məcidova mübahisəli məsələ ilə bağlı fikirlərini bölüşərkən həyat yoldaşının necə aldadıldığını danışıb:

“Ramiz Hümmətov Abşeron Rayonu, Xırdalan Şəhərində yerləşən 0.111 ha torpaq sahəsinin və Xırdalan şəhərində yerləşən köhnə notariat ofisini həyat yoldaşımın mülkiyyətinə keçirilməli idi. Torpaq sahəsinin həyat yoldaşımın mülkiyyətinə keçirilməsi üçün Ramiz Hümmətovun qızı Hümmətli Məmmədova Könül Ramiz qızı ilə həyat yoldaşım Emil Səməndərov arasında 01.03.2019-cu il tarixli beh müqaviləsi bağlanıb. Beh müqaviləsində də nəzərdə tutulduğu kimi 100 min manat pul vəsaiti Könül Hümmətovaya ödənilib. Könül Hümmətovaya 50 min manat da ödənilib. 

Bundan əlavə 230 min manat da hissə-hissə Atabəy adlı şəxsə ödənilib.

Xırdalan şəhərində yerləşən köhnə notariat ofisinin həyat yoldaşımın mülkiyyətinə keçirilməsi qarşılığında 120 min manat da Ramiz Hümmətovun iştirakı ilə onun borclu olduğu Sadiq adlı şəxsə verilib. Ramiz Hümmətovun 500 yüz manatı ələ keçirməsi bizdə olan səs yazıları, beh müqaviləsi, notarius orqanı tərəfindən verilmiş çıxarış, torpaq sahəsinin həyat yoldaşıma məxsus olmasını təsdiq edən eskiz layihəsi və digər sənədlər də mövcuddur”.

Vəfa Məcidova qeyd edib ki, Ramiz Hümmətov yuxarıda qeyd olunan əraziləri həyat yoldaşının razılığı olmadan qeyri-rəsmi olaraq başqa şəxslərə də satıb.

“Həmin vaxtı həyat yoldaşım İstintaq Təcridxanasında olub. Göründüyü kimi Ramiz Hümmətov dövlətin ona verdiyi vəzifədən sui-istifadə edərək həyat yoldaşımı və digər vətəndaşları aldadıb. Bu yolla dələduzluq cinayətini törədib. Torpaq sahəsini Çingiz adlı şəxsə satıblar. Lakin həmin ərazidə tikintiyə icazə sənədləri yoldaşımın adına olduğu üçün heç nə edə bilmirlər. Həm yoldaşımı, həm də sonradan torpağı satdıqları şəxsi aldadıblar”- deyə V.Məcidova açıqlamasında qeyd edib.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 May 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb

06 İyul 2025 08:45see237

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see165

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see123

Azərbaycanın ilk Xalq artisti

06 İyul 2025 00:20see122

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see120

Avropa çempionatı: Bir idmançımız qızıl, digəri isə...

06 İyul 2025 00:21see120

Tesla Optimus robotunun istehsalını dayandırdı SƏBƏB

06 İyul 2025 03:12see119

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see118

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see118

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see117

Azərbaycan Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı Əmirbəyov detalları açıqladı

06 İyul 2025 09:42see116

Millət vəkili: Xankəndi Zirvə görüşü edilən işlərin beynəlxalq səviyyədə təqdimatıdır

06 İyul 2025 00:48see116

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see115

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see114

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see114

Ucarda ağır qəza: üç nəfər...

06 İyul 2025 19:55see113

Qərbi Azərbaycan Xronikası İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi

06 İyul 2025 01:03see113

“Zenit” Juninyonun hücumdakı rəqibini heyətinə qatır

06 İyul 2025 12:57see113

Yanvarın əvvəlində Sabah ın direktoru əlaqə saxladı və onunla bütün detalları müzakirə etdik

06 İyul 2025 22:12see111

Enerjinizi tükədən səhər yeməkləri

07 İyul 2025 13:06see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri