Bir əlim işləmirdi Rekord qıran ginekoloq 15 yaşlı hamiləni necə xilas etdi?
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı ginekoloq Emin Haqverdiyev olub.
Ginekologiya sahəsini seçdiyinə görə heç vaxt peşman olmadığını söyləyən E.Haqverdiyev karyerasında qarşılaşdığı hadisələrdən söz açıb.
"Günlərin birində bir kişi qucağında qadınla içəri girdi. Qadını müayinə edəndə boru hamiləliyi keçirdiyini gördüm. Borusu cırılmışdı, təcili əməliyyat etdik. Əməliyyat yaxşı keçdi. Daha sonra mənə "işığa doğru gedirdim. Bir şey uça-uça gəlib məni qanadında apardı. O siz idiniz" dedi. Simurq quşu şəklində tatu da etdirmişdi. Hər dəfə bu hadisə yadıma düşəndə tüklərim biz-biz olur", - deyə o bildirib.
Ginekoloq həmçinin Türkiyədə çalışarkən 15 yaşlı hamilə qızı necə xilas etməsindən danışıb:
"Yeniyetmə qızı qarın ağrısı ilə xəstəxanaya gətirmişdilər. Müayinə zamanı 26 həftəlik hamilə olduğunu öyrəndim. Həmin an qıza baxanda ağladığını gördüm. Vəziyyəti yaxınlarına izah edə bilmirdim, çıxılmaz durumda qalmışdım. Onlara "qızın qarnının içini yaxşı görə bilmədim" dedim. Bunu edərək onun həyatını bir müddətlik qoruya bildiyimi düşünürəm. Sonra sosial xidmət orqanlarına xəbər verdik ki, yeniyetməni ailədən izolyasiya etsinlər".
"Bir əlim işləmirdi" - Rekord qıran ginekoloq 15 yaşlı hamiləni necə xilas etdi?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 08 İyul 2025 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















