Energetika sektoruna investisiyalar 3 dəfəyə yaxın artıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatına 1,345 milyard manat sərf olunub.
Bu barədə Bakıvaxtı.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 809,2 milyon manat və ya 2,5 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin ilk 10 ayında ölkədə əsas kapitala yönəldilmiş investisiyalardan sözügedən sahəyə 535,7 milyon manat sərf olunmuşdu.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,830 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox investisiya yönəldilib.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 6 faiz artıb.
Ümumi sərmayənin 7,500 milyard manatı və ya 50,6 faizi məhsul istehsalı sahələrinin, 4,863 milyard manatı (32,8 faizi) xidmət sahələrinin, 2,467 milyard manatı (16,6 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Noyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















