Icma.az
close
up
RU
“NÖVBƏTİ ADDIM ŞKTC nin TANINMASIDIR” “Özbəkistanın Xəzərsahili ölkə olmasına şərait yaradılmalıdır”

“NÖVBƏTİ ADDIM ŞKTC nin TANINMASIDIR” “Özbəkistanın Xəzərsahili ölkə olmasına şərait yaradılmalıdır”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Orta Asya türk cümhuriyyətlərinin Güney Kipr yunan hakimiyyətini tanıması qərarı Türk Dövlətləri Təşkilatına (TDT) üzvü dövlətlərdə yaşayan xalqlarda sakit bir gərginlik yaratdı. Bu gərginlik və narahatlıq başa düşüləndir. Ancaq panika və isterikaya da gərək yoxdur. Proses çoxdan gedirdi, indi üzə çıxdı”.

“AzPolitika” xəbər verir ki, bunu tarixçi, professor Xaləddin İbrahimli Qazaxıstan, Özbəkistan və Qırğızıstanın Avropa İttifaqı (Aİ) ilə imzaladığı memorandumda yer alan məqamları şərh edərkən bildirib.

Professor əvvəlcə Aİ-Orta Asiya ölkələri arasında əməkdaşlığın detallarını açıqlayıb: “Aİ-nin 2021-ci ildə qəbul etdiyi “Global Gateway” (keçid) proqramı var, onun təməl məqəsədlərindən biri Orta Dəliz üzərindən (diqqət edin, yəni başqa yol, keçid yoxdur) Çini Orta Asiyada qarşılamaqdır. Bir başqa sözlə, Aİ Orta Asya ilə Türkiyəsiz və Azərbaycansız əlaqə saxlaya bilməz. Deməli, Türkiyə və Azərbaycan da “Global Gateway” proqramının içindədir.

İndi Kiprin Güney hissəsinin tanınmasının hüquqi tərəflərinə baxaq:

BMT Təhlükəsizlik Şurasının 541 (1983) və 550 (1984) saylı qətnamələri, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) elanını pisləyən və üzv dövlətlərə ŞKTC-ni tanımamaları yönündə çağırış edən sənədlərdir. Bu qətnamələr xüsusilə ŞKTC-nin birtərəfli müstəqillik elanını “Kipr Respublikasının suverenliyi və ərazi bütövlüyünə” zidd hesab edir və beynəlxalq ictimaiyyətdə tanınmamalı olduğunu bildirir.

Lakin burada mühüm bir fərq mövcuddur:

1. BMT qətnamələri bağlayıcı deyil, tövsiyyə xarakterlidir. 541 və 550 saylı qətnamələr BMT Nizamnaməsinin VII fəsli çərçivəsində məcburi hüquqi sanksiyalar deyil, siyasi xarakterli tövsiyələrdir. Buna görə də bu qətnamələr dövlətlərin xarici siyasət və diplomatik tanıma sahəsindəki suveren qərarvermə hüququnu məhdudlaşdırmır.

2. Tanınma suveren hüququdur. Bu hüquq heç bir beynəlxalq təşkilat və ya başqa dövlətlər tərəfindən məcbur edilə bilməz və ya məhdudlaşdırıla bilməz.

3. Beynəlxalq hüquqda tanımanın mahiyyəti. Bir dövlətin tanınması hüquqi deyil, siyasi qərardır. Yəni bir dövlətin varlığını tanımaq və ya tanımamaq, tanıyan dövlətin siyasi iradəsinə əsaslanır və bu prosesdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr istiqamətverici ola bilər, lakin hüquqi baxımdan məcburi deyil.

Nəticə:

1. Türkiyə və Azərbaycan olmadan Orta Dəhliz yoxdur və Orta Asiya ilə Aİəməkdaşlığı da havadan asılı qalır. Bu gerçəkliyi hər kəs bilir.

2. BMT-nin 541 və 550 saylı qətnamələri ŞKTC-nin tanınmaması üçün siyasi təzyiq formalaşdırsa da, bu qərarlar suveren dövlətlərin başqa bir dövləti tanıma və ya tanımama istiqamətindəki qərarvermə azadlığını məhdudlaşdıra bilməz. Hər bir dövlət beynəlxalq hüquq çərçivəsində öz xarici siyasətini sərbəst şəkildə müəyyən etmək hüququna malikdir”.

Xaləddin İbrahim hesab edir ki, növbəti addım TDT-ninmüşahidəçi üzvü KKTC-nin tanınmasıdır: “Niyə öncə Güney tanındı? Məncə, Yunanıstanın Avropa İttifaqı daxilindı narazılıq yaratmaması, Orta Asiya ilə əməkdaşlığa veto qoymaması düşünüldü və preventiv addım atıldı. Yoxsa, “Global Gateway” proqramının gerçəkləşməsi təhlükəyə düşərdi. Yunanıstan bunu edərdimi, əlbəttə, edərdi, çünkü yunan hakimiyytləri çox həyasız olur”.

Professor vurğulayır ki, TDT Tacikistanı birlik kənarında saxlamamalıdır.

Onun sözlərinə görə, bu dövlət onsuz da tarix və mədəniyyət, qismən də etnik baxımdan Orta Asiya ailəsinə çoxdan daxil olub: “Avropa Birliyinin onu prosesə daxil etməsi TDT üçün bir dərs olmalıdır, çünkü başqa bir qüvvə də onu başqa formata daxil edib TDT- yə qarşı istifadə edə bilər”.

X.İbrahimli ikinci məqam kimi Qazağıstan və Türkmənistanın Özbəkistanın Xəzərsahili dövlət olmasına etiraz etməmli olduğunu, hər biri öz ərazisindən - heç kəsin yaşamadığı qum parçasından, 5 km enində ərazi verərək məsələni həll etməli olduğunu qeyd edib: “Xəzər hövzəsində Rusiyaya və İrana təzyiq nə qədər artsa, o qədər yaxşıdır. Mən bu fikri 10 il əvvəl yazmışdım. TDT səfirlərindən biri ona etiraz etdi. Etsin, onun işidir. Amma bu iş olsa, əla olar. Xəzərdə TDT-nin gücü və nüfuzu artar, İran və Rusiyanın təsiri bir qədər zəifləyər, deyə düşünürəm.

Vaxtilə BTC ve TANAP-ın taleyi həll olunanda Gürcüstan tərəfini öncədən Bakı-Tiflis-Qars dəmiryolunun Borçalıdan keçməsinə razı salmaq lazım idi. Vəziyyətləri çox pis idi, razılaşacaqdılar. Uzağa baxılmadı... İndi TDT bir az irəli baxıb, yuxarıda dediyim iki məsəlni bəri başdan həll etməyə çalışmalıdır”.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Aprel 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2021

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see198

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see184

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see157

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see133

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see129

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see124

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri