“Spirtli içki və siqaretin bahalaşması cəmiyyət üçün müsbət nəticə verir” Eldəniz Əmirov
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Son illər spirtli içkilər və tütün məhsullarında qiymət artımı müşahidə olunur. Bəzi vətəndaşlar bunu narazılıqla qarşılayır, lakin iqtisadçı Eldəniz Əmirov bu addımı zəruri və faydalı hesab edir.
İqtisadçı Bizim.Media-ya bildirib ki, qiymət artımları yalnız fiskal məqsədlərlə deyil, həm də sosial təsir baxımından önəmlidir:
“Bu məhsulların qiymətinin artması onlardan istifadə edənlərin sayını azaldır. Kimsə deyə bilər ki, dəyişmir, amma statistika göstərir ki, böyük ölkələrdə bu qərarlardan sonra istehlak əhəmiyyətli dərəcədə azalıb.”
Eldəniz Əmirov hesab edir ki, spirtli içkilər və siqaret həm iqtisadi, həm də sağlamlıq baxımından zərərli məhsullardır və onların bahalaşması cəmiyyət üçün müsbət nəticə verir.
Nəzrin Elxan, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 24 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















