Qarabağda sağlam gələcəyə doğru növbəti addım
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
“Azərbaycan Pediatriya Cəmiyyəti İctimai Birliyi” nin dəstəyi ilə 24–25 iyul tarixlərində Qarabağ bölgəsinin Füzuli rayonunda genişmiqyaslı ödənişsiz tibbi müayinə aksiyası keçiriləcək.
Turkustan.az xəbər verir ki, aksiyanın əsas məqsədi bölgə sakinlərinin sağlamlığının qorunmasına töhfə vermək, xəstəliklərin erkən diaqnostikasını təşviq etmək, ixtisaslı həkim xidmətlərini əhali üçün daha əlçatan etmək və sağlam həyat tərzinin təbliğinə dəstək göstərməkdir.
Aksiya çərçivəsində müxtəlif ixtisaslar üzrə peşəkar həkimlər tərəfindən vətəndaşlar ödənişsiz müayinə olunacaq, onlara sağlamlıqlarının qorunması ilə bağlı tibbi məsləhətlər veriləcək. Zərurət yarandıqda isə əlavə müayinə və müalicə istiqamətində müvafiq tövsiyələr təqdim ediləcək.
İnsan sağlamlığı cəmiyyətin ən böyük sərvəti, sağlam gələcəyin isə möhkəm təməlidir. Bu baxımdan, əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, xüsusilə Qarabağ bölgəsində belə sosial əhəmiyyətli aksiyaların təşkili sağlam cəmiyyətin formalaşmasına mühüm töhfə verir.
Tarix: 24–25 iyul
Məkan: Füzuli rayonu, Qarabağ bölgəsi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 24 İyul 2026 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















