Icma.az
close
up
RU
Növbəti il inflyasiya yüksələcək? AÇIQLAMA

Növbəti il inflyasiya yüksələcək? AÇIQLAMA

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Azərbaycanda hazırda inflyasiyaya təsir göstərən amillər içərisində monetar və fiskal siyasət məsələləri minimum təşkil edir. Bu gün faktiki olaraq, Azərbaycan bank sistemində kreditləşmə o qədər aktiv deyil. Nisbətən istehlak kreditləri aktivdir. Ən çox pul yaradan mexanizm isə biznes kreditlərindədir. Yəni biznes kreditləri nə qədər aktiv olarsa, o qədər pul dövriyyəsinə təsir göstərir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Elman Sadıqov deyib. O, bildirib ki, ölkəmizdə ən böyük çəkidə olan təsir idxal inflyasiyası ilə bağlıdır:

“Fiskal siyasətdə hazırda büdcədə yalnız əsasən cari xərcləmələr var. Yəni çox aktiv tikinti-infrastruktur layihələrinin həyata keçirilməsi və s. yoxdur. Bütün bunlar əslində inflyasiyanı cilovlayan məsələlərdir. Yəni faktiki olaraq, həm monetar, həm də fiskal siyasətdə daraldıcı siyasətdir. Faktiki olaraq, hər ikisinin bu günkü siyasəti inflyasiya tətikləyən siyasət deyil. Bizim ölkəmizdə ən böyük çəkidə olan təsir idxal inflyasiyası ilə bağlıdır”.  Toyuqlu pizza

Ekspert diqqətə çatdırıb ki, inflyasiya təzyiqini aşağı salan ən əsas amillərdən biri yerli istehsal və yerli emaldır:

“Biz faktiki olaraq, yerli istehsal və emalı genişləndirməliyik ki, bu qədər idxal inflyasiyasının təzyiqinə məruz qalmayaq. Onu da nəzərə alaq ki, idxal inflyasiyası dedikdə heç də xarici ölkələrdəki məhsulların qiymətlərinin artımından söhbət getmir. Çünki bir çox hallarda, xarici ölkələrdə məhsulun öz qiyməti sabit qalsa da, burada logistika, rüsumlar və xərclər var. 

Yəni təkcə məhsulun qiymətini nəzərdə tutmayaq. Hazırda Azərbaycanda inflyasiya təzyiqi hələ də qalır. Bu təzyiq gələn illərdə də davam edəcək. Çünki inflyasiya təzyiqini aşağı salan ən əsas amillərdən biri yerli istehsal və yerli emaldır. İstehlak kreditlərinin isə inflyasiyada hazırkı rolu çox aşağıdır. Hətta istehlak kreditləri ona görə azaldılmır ki, inflyasiyaya təsir göstərsin. Dediyim kimi, bunun inflyasiyaya təsiri minimumdur. İstehlak kreditlərinin məhdudlaşdırmağa çalışırlar. Bunun da əsas səbəbi əhalinin izafi borclanmamasıdır. Çünki mövcud şəraitdə izafi borclanma çox önəmli məsələlərdən biridir. Ona görə istehlak kreditlərinin inflyasiya təzyiqi formalaşdırdığı fikri hazırkı şəraitdə doğru deyil. Çünki istehlak kreditlərinin mövcud şəraitdə inflyasiyaya təsiri digər amillərlə müqayisədə minimumdur”.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ötən gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, 2026-cı ildə istehlak kreditləri portfelinin artımı 16% ətrafında proqnozlaşdırılır. Onun sözlərinə görə, bu göstərici inflyasiyaya təxminən 0,58 faiz bəndi həcmində artırıcı təsir göstərəcək. Mərkəzi Bankın hesablamalarına əsasən, istehlak kreditləri portfelinin 10%-lik artımı inflyasiya səviyyəsini 0,34% yüksəldir.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri