Icma.az
close
up
RU
“Keçid balları yüksələcək” VACİB AÇIQLAMA

“Keçid balları yüksələcək” VACİB AÇIQLAMA

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdində iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı 71 min 890 nəfərə çatıb. Bu göstərici son illərin ən yüksək rəqəmlərindən biri hesab olunur. Maraqlıdır ki, abituriyentlərin böyük əksəriyyəti ilk imtahandan sonra yenidən şansını sınamağa üstünlük verib.

Bəs ikinci cəhdə marağın bu qədər yüksəlməsinin səbəbi nədir? Abituriyentlər daha yüksək bal toplamaq istəyir, yoxsa universitetlərə qəbul uğrunda rəqabət daha da sərtləşib? Artan müraciətlərin arxasında duran amillər necə qiymətləndirilir?

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Builki ikinci cəhd imtahanını ötən illə müqayisə etsək, iştirakçı sayında təxminən 700-800 nəfərlik bir artımın olduğunu görərik. Belə ki, ötən il müvafiq olaraq 71 159 nəfər iştirakçı var idisə, bu il bu göstərici 71 890 nəfərə çatıb. İxtisas qrupları üzrə müqayisəyə gəldikdə isə, ötən il ilə bu il arasındakı fərqləri göstərən statistikanı ayrıca təqdim edirəm: 2025 II cəhd ixtisas qrupları üzrə müsabiqədə iştirakçı sayı: I ixtisas qrupu hər iki bölmə üzrə: 24042 nəfər; II ixtisas qrupu hər iki bölmə üzrə: 18014 nəfər; III ixtisas qrupu hər iki bölmə üzrə: 23471 nəfər; IV ixtisas qrupu hər iki bölmə üzrə: 5632 nəfər; Ümumi iştirakçı sayı hər iki bölmə üzrə: 71159 nəfər. 2026 II cəhd ixtisas qrupları üzrə müsabiqədə iştirakçı sayı:I ixtisas qrupu hər iki bölmə üzrə: 24981 nəfər; II ixtisas qrupu hər iki bölmə üzrə: 18903 nəfər; III ixtisas qrupu hər iki bölmə üzrə: 22704 nəfər; IV ixtisas qrupu hər iki bölmə üzrə: 5302 nəfər; Ümumi iştirakçı sayı hər iki bölmə üzrə: 71890 nəfər.

Ümumiyyətlə, müraciət sayındakı bu artım tendensiyası ali təhsil müəssisələrinə sənəd verənlərin ümumi sayında da özünü göstərir. Belə ki, bu il qeydiyyatdan keçən abituriyentlərin ümumi sayı 135 minə yaxın olub. Onlardan 97 min nəfər birinci cəhddə imtahan vermişdisə, ikinci cəhd üçün 71 890 nəfər qeydiyyatdan keçib. Ötən illə müqayisədə ixtisas qrupları üzrə müraciətçi sayında fərqli dinamika müşahidə olunur. Məsələn, birinci qrupda 900 nəfərdən bir qədər artıq, ikinci qrupda isə təxminən 900 nəfərə yaxın artım qeydə alınıb. Əksinə, üçüncü qrupda ikinci cəhdə qatılan abituriyentlərin sayı ötən illə müqayisədə təxminən 700 nəfər, dördüncü qrupda isə yaxın 300 nəfər azalıb. Üçüncü və dördüncü qruplardakı azalmaya baxmayaraq, birinci və ikinci qruplardakı ciddi artım hesabına ümumi müraciətçi sayında ötən ilə nəzərən təxminən 700 nəfərlik bir artım var. Bu tendensiya əhalinin təbii artımı ilə bağlıdır. Belə ki, builki abituriyentlər doğum sayının yüksək olduğu 2008–2009-cu illər təvəllüdlülərdir. Bu artım dalğasının 2034-cü ilə qədər davam edəcəyi gözlənilir. Qarşıdakı 6-7 il ərzində də ali təhsil müəssisələrinə sənəd verənlərin sayında çoxluq müşahidə olunacaq və yalnız 2034-cü ildən sonra bu göstərici kəskin şəkildə aşağı düşəcək”.

Ekspertin sözlərinə əsasən, bütün bunlar onu göstərir ki, həm bu il, həm də növbəti illərdə ali məktəblərə qəbulda rəqabət həddindən artıq güclü olacaq:

“Bu isə ixtisaslar üzrə keçid ballarının yüksəlməsinə gətirib çıxaracaq. Mövcud vəziyyəti tənzimləmək və iştirakçıların sayına uyğun olaraq hər iki nəfərdən birinin tələbə adını qazanmasını təmin etmək üçün yaxın dövrdə yeni universitetlər və ya ixtisaslar açılmalıdır, eləcə də plan yerlərinin artırılması vacibdir. Qarşıdakı illərdə qəbul plan yerlərini 70-80 min həddinə çatdırmaqla hər iki namizəddən birinin ali təhsil almasına şərait yaradılmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 İyun 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri