Icma.az
close
up
RU
Növbəti süni intellekt saxtakarlığı: Ölmüş sənətçilərin mahnıları yayımlanır

Növbəti süni intellekt saxtakarlığı: Ölmüş sənətçilərin mahnıları yayımlanır

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Musiqi yayım platforması “Spotify”, süni intellektlə yaradılmış saxta mahnıların ölmüş sənətçilərin rəsmi səhifələrində paylaşılması ilə bağlı qalmaqalla gündəmə gəlib. İddialara görə, bu mahnılar nə mərhum sənətçilərin varislərinin, nə də prodüser şirkətlərinin icazəsi olmadan yayımlanıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ilk olaraq 1989-cu ildə vəfat edən məşhur kantri ifaçısı Blaze Foley ilə bağlı üzə çıxıb.

Onun rəsmi “Spotify” səhifəsində “Together” adlı yeni bir mahnı yerləşdirilib. Sakit və yavaş ritmdə səslənən bu mahnı Foleynin musiqi üslubuna uyğun gəlməsə də, onun adından təqdim olunub. Mahnının üz qabığında isə Foleyə bənzəməyən bir şəxsin süni intellekt tərəfindən yaradılmış təsviri yer alıb.


Blaze Foleynin musiqilərinin yayım hüquqlarına sahib olan “Lost Art Records” şirkətinin sahibi Kreyq Mak Donald məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, bu mahnı Foleyə aid deyil və onun üslubunu əks etdirmir:

“Bu, sadəcə bir süni intellekt robotunun yaratdığı saxta mahnıdır. Blaze ilə heç bir əlaqəsi yoxdur”.


Spotify isə məsələ ilə bağlı reaksiya verərək “Together” mahnısının “Aldadıcı Məzmun” siyasətini pozduğu üçün silindiyini açıqlayıb. Qeyd olunub ki, parçanın yayımçısı “TikTok”a məxsus “SoundOn” platforması olub.


Məsələnin təkcə Blaze Foley ilə məhdudlaşmadığı bildirilir. “Syntax Error” adlı bir şirkət tərəfindən yükləndiyi iddia edilən süni intellekt məhsulu digər mahnılar da aşkar edilib. Bunlar arasında “Grammy” mükafatçısı Quy Klark və müğənni Dan Berkin də adından yayımlanan saxta mahnılar yer alır.


Kreyq Mak Donald isə problemi kökündən həll edəcək bir təkliflə çıxış edib:

“Spotify yalnız sənətçiyə və səhifənin rəsmi idarəçisinə məxsus olan, təsdiqlənmiş mahnıların paylaşılmasına icazə verməlidir”.


O, tanınmış sənətçilərin pərəstişkarlarının saxtakarlığı anlaya biləcəyini, lakin tanımayan dinləyicilərin aldadılacağını vurğulayıb.


Bəsti Rəfizadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 İyul 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see289

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see239

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see225

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see204

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see194

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see184

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see179

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see174

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see167

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see154

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see152

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see148

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see145

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see144

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see143

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see143

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see140

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri