Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Kurilla açıqladı: İran buna qərar versə, 1 həftə vaxtımız var Hərbi hazırlıq...

Kurilla açıqladı: İran buna qərar versə, 1 həftə vaxtımız var Hərbi hazırlıq...

Icma.az bildirir, Bakupost portalına istinadən.


ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) istefada olan komandanı general Maykl Kurilla Senatın Silahlı Qüvvələr Komitəsinə geniş müraciət edərək, Yaxın Şərqdə dəyişən təhlükəsizlik dinamikasının dərin təhlilini təqdim edib.

Bakupost.az xəbər verir ki, bu barədə "İsrail Nəşnl Nyus" məlumat yayıb.

O, hesabatında İsrailin təhlükəsizliyinə, o cümlədən ABŞ-ın Yaxın Şərqdəki xarici siyasətinə xüsusi diqqət yetirməklə, regiondakı mövcud təhdid və strateji imkanları açıqlayıb.

Kurilla 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun nəticələrini dönüş nöqtəsi kimi səciyyələndirərək, İranın bütün proksi şəbəkəsini və qarşıdurma imkanları arsenalını işə saldığını bildirib:

“HƏMAS, Hizbullah və Husilər kimi qruplaşmalar İranın davamlı məqsədlərinə xidmət edir: İslam Respublikası rejimini qorumaq, ideoloji üstünlük təşkil etmək və İsrail dövlətinin məhvinə nail olmaq”.

O, Əsəd rejiminin süqutunun bir vaxtlar Suriyadan Hizbullaha göndərilən maddi-texniki və silah dəstəyinə ciddi zərbə vurduğunu bildirib:

“Suriya rejimi dağıldı. Süleymaninin şiə Ayparası haqqındakı baxışı darmadağın oldu”.

Kurilla İranın 2024-cü ilin aprel və oktyabr aylarında İsrail ərazisini hədəf alan irimiqyaslı raket və pilotsuz təyyarə hücumlarını da xatırladıb:

“Bu hücumlar İsrailin güclü müdafiə imkanları və CENTCOM-un Yaxın Şərq Hava Hücumundan Müdafiəsinin (MEAD) koordinasiyalı səyləri nəticəsində uğurla dəf edilib. Fələstinlilərə “dəstək” üçün İran tərəfinin atdığı 500-ə yaxın mərminin yeganə qurbanı Yerixoda yaşayan Qəzzadan olan bir fələstinli olub”.

Kurilla, həmçinin husiləri Tehranın güclü dəstəyi ilə kök salmış təhlükə adlandırıb və bu qruplaşmanın İsrailin hədəflərinə etdiyi hücumu xatırladıb.

“Əhəmiyyətli itkilərdən sonra Husilər dəniz hücumlarını dayandırmağa razı oldular. Buna baxmayaraq, qruplaşma Qırmızı dəniz dəhlizi boyunca qeyri-qanuni insan alverinə davam edir, həmçinin regional təhlükəsizliyə davamlı problem yaradır”.

Eyni zamanda, o, İsrailin müdafiəsini gücləndirmək və gərginliyin qarşısını almaqda ABŞ və müttəfiqlərinin hərbi əməliyyatlarının həyati rolunu vurğulayıb.

Kurilla İranın zənginləşdirilmiş uran toplamasından və qısa müddət ərzində nüvə silahı hazırlamaq potensialından narahatlığını ifadə edib.

“Rejim nüvə silahına keçməyə qərar verərsə, təxmin edilir ki, mövcud ehtiyatlar və mövcud sentrifuqalar bir həftə ərzində ilk 25 kq silah dərəcəli materialı istehsal etmək üçün kifayət edir. Diplomatik səylərin İranın nüvə proqramının irəliləməsinə mane ola bilməməsi halında müdafiə naziri Pit Heqset və prezident Donald Trampa geniş seçimlər təqdim etmişəm. Bu hərbi variantların xüsusiyyətləri məxfi qalsa da, CENTCOM əmr verilərsə, qətiyyətlə hərəkət etməyə hazırdır. Çəkindirmə etibarlı hərbi hazırlıqla dəstəklənməlidir. Bizim indi firavan və inteqrasiya olunmuş Yaxın Şərq vizyonunu inkişaf etdirmək üçün görünməmiş imkanımız var”.

BakuPost.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 İyun 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see338

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see320

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see315

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see298

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see294

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see291

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see282

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see274

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see263

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see258

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see247

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see245

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see241

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see237

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see230

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see221

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see219

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see216

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see215

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri