Icma.az
close
up
RU
Bəhram Nəsibov əsərlərdə film konsert layihəsi Milli Mətbuatımızın 150 illiyinə töhfə verəcək

Bəhram Nəsibov əsərlərdə film konsert layihəsi Milli Mətbuatımızın 150 illiyinə töhfə verəcək

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Təbiətin timsalında insanları maarifçiliyin nurlu çiçəklərinə qərq edərək, cəhalətin zülmət buxovlarından azad etmək niyyətiylə 150 il öncə təsis edilmiş “Əkinçi” qəzeti Milli mətbuatımız təməlini qoymuş oldu.

Bu sağlam təməl artıq 150 ildir ki, günəş kimi maarifçilik ziyasını seçim etmədən hər yerə yayır, zehinləri nurlandıraraq ürəkləri isidir.

Təsis edildiyi gündən Azərbaycançılıq məfkurəsinə xidmət edən “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi bu əlamətdar hadısəyə tövhə vermək məqsədi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bəhram Nəsibov əsərlərdə” adlı film-konsert layihəsinin hazırlanmasına start verib.

Film konserti hazırlamaqda əsas məqsədimiz iki fərqli sahənin – ekologiya və mətbuatın ecazkar musiqimiz sayəsində harmoniyasını yaratmaqdı. Təbii sərvətləri ilə dünyada zəngin ölkələrdən sayılan Azərbaycanın yaşıl enerji sahəsində olan yüksək potensialının səmərəli istifadəsindən, yaşıllaşdırma işlərinin yüksələn tempini, milli mətbuatımızın 150 illik uğurlarından mütəxəssislərin söz açacağı və Azərbaycanın bütün əlamətdar hadisələrini, o cümlədən təbiətini, milli sərvətlərini, ekologiyasını, bir sözlə Azərbaycançılıq məfkurəsini əsərlərində vəsf edən bəstəkar Bəhram Nəsibovun ekologiya və mətbuat mövzusundakı mahnılarının sənədli film estetikanda həll edəcəyimiz film-konsertdə söz açacağıq. Ekologiya, Yaşıl enerji sağlamlığımıza və iqtisadiyatımıza, milli mətbuatımız dünya görüşümüz və biliklərimizə, musiqi isə mənavi dünyamıza zənginlik qatdığından inanıram ki, bu vəhdəti özündə ehtiva edəcək film-konsert zəngin mədəniyyətimizi daha da zənginləşdirəcək nümunələrdən olacaq. Yaşıl dünyamızın yaşam harmoniyası, ünsiyyət vasitəsi olan enerji mübadiləsinin insanları yaşamağa, hər gün yeni təcrübə qazanmağa, qurub-yaratmağa həvəsləndirməsi, təcrübələrin, informasiyaların paylaşılma vasitələrindən olan KİV-də yayımlanması musiqili dilnən tamaşaçılara çatdırmağı qarşıya məqsəd qoymuşuq. Film-konsertə bəstəkar Bəhram Nəsibovun altı mahnısı daxil ediləcək. Təbiətimizi, ekologiyamızı və alternativ enerji mənvələrini vəsf edən “Günəşdən gənclik istədim” (sözləri: Nigar Rəfibəylinindir) “Gənc bağbanlar” (sözləri: Tofiq Mütəllibovundur), “Əs ey səba” (sözləri: Bəhram Nəsibovundur), “Dünyanın gözəlliyi” (sözləri: Əhməd Cəmilindir), milli mətbuatımızı vəsf edən “Əkinçi” (sözləri: Bəhram Nəsibovundur), “Jurnalist ömrü” (sözləri: Səyavuş Sərxanlınındır). “Gənc bağbanlar” mahnısından başqa qalan digər mahnılar ilk dəfə bu film-konsertdə səslənəcək. Bu yanaşma da özlüyündə bir yenilik olacaq. Mahnıları müğənnilərdən Fövqaladə Hallar Nazirliyinin Akademiyasının hərbi orkestrinin solisti Anar İlhamlı, şair-müğənni Günel Nazarova, Respublika üzrə müğam müsabiqəsinin qalibi Nurlan Səfərov, “Solostar” istedadlar yarışının qalibi Mirhidayət Kazımov ifa edəcəklər. Film boyu Milli Konservatoriyanın baş müəllimi, dirijor Aysel Bağırova mahnıları təhlil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Amin Məmmədov isə təbiətin ağ ciyərləri olan yaşıllaşdırma işlərindəki uğurlu siyasəti tamaşaçılarla bölüşəcək, yaşıllaşdırma sahəndəki uğurlara birgə sevinəcəyik. “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov müsahibəsində Milli mətbuatımızın 150 illik şərəfli yol və jurnalistikamız haqqında məlumatlarla tanış olacaq və qəzet üzərində hazırlıq işlərini izləyəcəyik. Film-konsertdə həmçinin COP29 Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının ölkəmizdə ekologiya sahəsində görülən işlərə müsbət təsiri haqqında da məlumat veriləcək. İnanıram ki, “Bəhram Nəsibov əsərlərdə” film-konserti ekologiya, mətbuat və mədəniyyətin ilk dəfə olaraq vəhdətini yaratmaqla, tamaşaçıları bu mövzuda olan mahnılarla ilk dəfə tanış etməklə bərabər, həm də vizualıq baxımından yeni, yaddaqalan yanaşması ilə geniş tamaşaçı marağına səbəb olacaq. Bununla da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin hazırlayacağı “Bəhram Nəsibov əsərlərdə” adlı film-konsert Milli mətbuatımızın 150 illiyinə layiqli tövhə olacaq. Fürsətdən isifadə edərək İctimai Birliyimizə bu etimadı göstərdiyi və lazimi şarait yaratdığına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığımı bildirirəm. Həmçinin film-konsertin çəkilişlərinin aparılması üçün şərait yaradacığına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə, Beynəlxalq Muğam Mərkəzinə, “Xalq qəzeti”nin kollektivinə təşəkkümü bildirirəm.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 İyun 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri