Icma.az
close
up
RU
Статья не опубликована
Novruz tonqalı, Süni İntellekt Strategiyası, elmin qarşısındakı əngəllər

Novruz tonqalı, Süni İntellekt Strategiyası, elmin qarşısındakı əngəllər

Icma.az bildirir, Aznews.az portalına istinadən.

Bilirəm, hamımızın başı Novruz bayramına qarışıb.
Ölkəmizə, dünyamıza gələn Baharın düşərli olmasını arzu edir, hər birinizə ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan Dövlət Televiziyası bu il Bayram Konsertini Şuşadan yayımladı.
İllərlə Novruz günlərində tutduğumuz dilək çin oldu.
Bir-birindən məharətli ifaçılarımız Şuşanın qala qapısının önündə quraşdırılmış səhnəyə çıxdılar, öz məlahətli səsləri, gözəl sənətləri ilə bayram ovqatımızı yüksəltdilər.
İşğaldan azad olunan bütün ellərimizdə Novruz tonqallları qalandı.
Ağırlığımızı-uğurluğumuzu çatlayan düşmən bağrına tökdük.
Amma bizim o tonqalın qırağında oturub yaxşı-yaxşı düşünməyə də ehtiyacımız var.

Gəlin, birlikdə düşünək.

Martın 19-da Azərbaycan prezidenti İlham Əliyev olduqca mühüm, olduqca önəmli bir sənəd imzaladı. Dövlətimizin qarşıdakı üç ili əhatə edən Süni İntellekt Strategiyası təsdiq olundu.
Prezident yenə elmi düşündü!
Prezident yenə zamanı fövtə vermədi!
Prezident yenə dünyanın gedişatını doğru oxudu!
Bəli, cəmi 3-4 ilə bu dünya kökündən dəyişəcək.
Süni İntellektin, Super Süni İntellektin bəşəriyyəti inhisara alması ilə, necə deyərlər, yer yerindən oynayacaq.
Qarşıdakı dövrlərdə rəqəmsal koloniyaların təbəəsi olmamaq üçün Süni İntellektin inkişafında və tətbiqində biz azərbaycanlılar da yer almalı, öz milli müqqəddəratımızı “AzərSİ” ilə təmin etməliyik.
Belə bir proqram ərsəyə gətirmək üçün elmi-texniki, intellektual bazamız varmı?
Əgər Azərbaycan Texniki Universiteti dünyanın ən yüksək reytinqli 1000 universiteti arasında belə deyilsə, suala müsbət cavab vermək mümkün deyil.
Odur ki, prezident İlham Əliyevin təsdiq etdiyi strategiya bizim üçün gerçək bir yol xəritəsidir.
Yolumuzun üstündəki bütün əngəllər, səddlər, istehkamlar dərhal aradan qaldırılmalı, dərhal sıradan çıxarılmalıdır.
Strategiyanı diqqətlə oxumuşam.
Hər birinizdən xahişim odur ki, dövlət başçısının rəsmi saytında yer alan həmin sənədi, xüsusən də sənədin qarşımızdakı çağırışlarla bağlı hissəsini diqqətlə oxuyasınız.
İlk iki çağırışa diqqət çəkirəm:
• Təhsil və bacarıqların inkişafı – Süni intellekt və data elmi sahəsində kadrların hazırlanması üçün müasir təhsil proqramlarının yaradılması və mövcud proqramların yenilənməsi.
• Tədqiqat və innovasiyaların təşviqi – Texnologiya sahəsində çalışan mütəxəssislərin və alimlərin dəstəklənməsi, onların fəaliyyətlərinin stimullaşdırılması üçün əlverişli şərtlərin yaradılması.

Dövlət İmtahan Mərkəzinin və Ali Attestasiya Komissiyası mövcud olduqca, bu çağırışlardan doğan hədəflərə cəmiyyət və dövlət olaraq çata biləcəyimiz şübhəlidir.
Bunu mən deyəndə bir çoxları ya başa düşmür, ya da başa düşmək istəmirdi.
Sabiq təhsil naziri Misir Mərdanov bu günlərdə “Yeni Müsavat”a müsahibə verərək bütün problemləri soyuqqanlı bir şəkildə sadaladı, çıxış yollarını göstərdi.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun direktoru, professor Nadir Məmmədli başçılıq etdiyi elmi-tədqiqat müəssisəsinin doktoranturasında qalan boş yerlər barədə rəsmi dövlət agentliyinə- AzərTaca ürək ağrısı ilə açıqlama verdi.

İllərdir təhsil ekspertləri, deputatlar, mütəxəssislər həyacan təbili çalır. Bütün probleləmlər sadalanır, saf-çürük olunur və üç əsas məsələdə ictimai konsensus hasil olur.

Əvvəla, bizim mövcud təhsil sisteminin məramı, yolu, standartları, hədəfləri bəlli deyil.
İkinicisi, Dövlət İmtahan Mərkəzi və bu mərkəzə 25 ildən çoxdur rəhbərlik edən Məleykə Abbaszadə alternativ bir sistem, alternativ bir bazar yaradıb.
Üçüncüsü, rəsmi təhsil sisteminin və Məleykə Abbaszadənin alternativ infrastrukturunun məngənəsindən sıyrılaraq araşdırma aparmağa az-çox qabil olan mütəxəssislər heç bir bir müasir ölkədə mövcud olmayan Ali Attestasiya Komissiyasının, yumşaq desək, formal-bürokratik maneələri ilə üzləşirlər.
Ölkədə təhsil almaq, elmlə məşğul olmaq, bilikləri nəsildən-nəsildən ötürmək və yeni biliklər yaratmaq bu qədər çətin, ağrılı, aşılmaz olmamalıdır.

Təsəvvür edin, artıq dünyada elə hospitallar var ki, minlərlə xəstəyə uzaqbaşı 10 həkim nəzarət edir, bütün sistem Süni İntellektə inteqrasiya olunub. Amma bizim bəzi rayonlarda tibb müəssisələrinə həkimin xəstəyə iynə vurması qadağan edilib. Tibb sahəsində böyük təcrübəsi olan, öz nəzəri və praktiki biliklərini elmi tədqiqata çevirmək istəyən araşdırmaçı həkimlərimizin plagiat proqramlarından təmiz çıxmış elmi işlərinə Ali Attestasiya Komissiyasının mənfi rəy verməsi ilə bağlı iddialar mövcuddur. Belə olan halda biz Süni İntellektə lazım olan dataları haradan alacağıq, kim vaxtını, əsəbini, maddi imkanlarını bu cür bürokratik səddləri aşmağa sərf etmək istəyəcək?

Süni İntellekt Strategiyasına görə, bu sahə üzrə 500 mühəndis yetişdirməliyik. Başqa sözlə, bu o deməkdir ki, bu il ali məktəblərə qəbul zamanı dövlət sifarişi ilə ən azı 500 abituriyentə Süni İntellekt ixtisası təqdim olunmalıdır. Bu sahədə uğur qazanmaq üçün gənclərimizin tənqidi düşüncəyə ehtiyacı var. Dövlət İmtahan Mərkəzinin “testoloqlar”ının yaradığı əzbərçi nəsil, repetitorların sırf test tapşırıqlarını çözməyə hazırladığı qurumuş beyinlər hara, tənqidi düşüncə hara?

Bir-iki ay sonra Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul imtahanları keçirəcək. Buraxılış imtahanlarının sualları ilə tanış olan bir valideyn, ölkəmizin gələcəyi olan gənclərin elmi dünyagörüşə malik olmasını arzulayan vətəndaş kimi son dərəcə narahatam. Elm həm də bir motivasiya məsələsidir. Lütfən, gənclərimizin elmə həvəsini məhv etməyin, xanım Abbaszadə! İndi istedadı çərçivədə saxlamaq mümkün deyil, burada kəsiləcək, gedib bakalavr, magistr, doktorantura təhsilini xaricdə alacaqlar. Amma gənc yaşlarında ölkəsindən, cəmiyyətindən bezmiş insanlar necə, nə qədər azərbaycanlı olacaq, gəlin, bunu da bir düşünək.

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 21 Mart 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see283

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see229

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see178

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see165

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see138

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see130

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see122

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri