Icma.az
close
up
RU
Novruz xalqın adət ənənələrini yaşadan bir bayramdır Deputat

Novruz xalqın adət ənənələrini yaşadan bir bayramdır Deputat

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Novruz bayramı Şərq və türk xalqlarının mədəniyyətində dərin izlər buraxmış, həmrəylik, dostluq, vətənpərvərlik və milli kimliyin təcəssümü olan dəyərləri özündə ehtiva edir. Tarixi əhəmiyyət daşıyan Novruz hər il mart ayında təbiətin oyanışını və yeni ilin başlanğıcını simvolizə edən bayram olaraq qeyd edilir".  

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Deputatın sözlərinə görə, Novruz uzun illər ərzində nəsildən-nəslə ötürülən, xalqın adət-ənənələri və folkloru ilə zənginləşən, mədəniyyəti yaşadan bir bayramdır.

"Bu bayramın əsas xüsusiyyətlərindən biri cəmiyyəti birləşdirərək ümumi dəyərlərə və ənənələrə olan bağlılığı gücləndirməsidir. Novruz bəşəriyyətin ümumi dəyərlərinə - sülhə, dostluğa və həmrəyliyə xidmət edir, bu xüsusiyyətləri ilə insanların birliyini və həmrəyliyini əks etdirən yüksək mənəvi dəyərlərin təcəssümüdür. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “...Bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır". 

Son illərdə Novruz bayramı Azərbaycan xalqı üçün xüsusi bir məna kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm zəfərdən sonra Novruz bayramının qeyd olunması tarixə yeni bir mərhələ ilə daxil olmuşdur. Şanlı Zəfərdən sonra dövlət başçısının iştirakı ilə Novruz bayramı həm də işğaldan azad edilmiş ərazilərdə - 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda və 2024-cü ildə Xankəndidə qeyd olunur. Bu, dövlətin və xalqın Qarabağ və Şərqi Zəngəzurda abadlıq və yenidənqurma yolunda qətiyyətini və mübarizliyini nümayiş etdirir. Cənab İlham Əliyev 20 mart 2021-ci il tarixində Şuşada Novruz bayramı münasibətilə xalqa etdiyi təbrikində demişdir: “Biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik”.

Novruz bayramına olan diqqət yalnız daxili müstəvidə deyil, həm də beynəlxalq aləmdə geniş şəkildə təbliğ olunmuşdur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri ilə Novruz bayramı 2009-cu ildə UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilmişdir. 2010-cu ildə BMT Baş Assambleyasının qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olunmuşdur. Bu təşəbbüslər bayramın beynəlxalq miqyasda əhəmiyyətini artırmış və mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermişdir.

Novruzun Su, Od, Yel və Torpaq çərşənbələri xüsusi mənaya sahibdir və bunların hər birinin təbiətin müxtəlif elementləri ilə əlaqələndirilməsi bayramın zəngin ənənələrini daha da gücləndirir. İnsanlar bu çərşənbələri müxtəlif adət-ənənələrlə qeyd edirlər. Novruz bayramı fərqli mədəniyyətlərin bir-birinə yaxınlaşmasına şərait yaradır, xalqlar arasında həmrəylik və qarşılıqlı hörmətin inkişafını təşviq edir.

Beləliklə, Novruz bayramı Azərbaycanın keçmişi, bu günü və gələcəyi arasında bir körpü rolunu oynayır. Bu, xalqın birliyini, həmrəyliyini və irəliləyən inkişafını nümayiş etdirən, həmçinin bəşəriyyətin ümumi dəyərlərinə xidmət edən bir bayramdır. Novruz həm də bütün dünyada dostluq, sülh və qarşılıqlı anlaşma istiqamətində mühüm bir addım olaraq qəbul edilir". 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Mart 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri