Icma.az
close
up
RU
Novruzda ƏFV OLACAQ? MÜHÜM AÇIQLAMA KONKRET

Novruzda ƏFV OLACAQ? MÜHÜM AÇIQLAMA KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Novruzun barış və yenilənmə çağırışları, Ramazanın isə mərhəmət və bağışlanma fəlsəfəsi fonunda cəmiyyətdə ən çox səslənən suallardan biri də ənənəvi olaraq əfv sərəncamı ilə bağlı olur. Hər iki bayram Azərbaycan cəmiyyətində xüsusi mənəvi çəkiyə malikdir və illərdir ki, bu ərəfələrdə humanist qərarların qəbul ediləcəyi ilə bağlı gözləntilər formalaşır. Son illərdə ölkədə bir neçə dəfə geniş amnistiya və əfv sərəncamları imzalansa da, hər yeni bayram öncəsi məsələ yenidən aktuallaşır. Xüsusilə də böyük amnistiyadan sonra siyahıya düşməyən şəxslərin yaxınları növbəti humanist addımı gözləyirlər. Bu baxımdan qarşıdan gələn Novruz və Ramazan bayramları ərəfəsində əfv sərəncamının imzalanıb-imzalanmayacağı yenidən ictimai müzakirə predmetinə çevrilib. Maraqlıdır, qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə əfv sərəncamı gözlənilirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, hazırda bu istiqamətdə rəsmi məlumat yoxdur:

“Amma çox istərdik ki, əfv sərəncamı olsun. Böyük amnistiya oldu, başa düşürəm ki, həmin amnistiyaya bizim çox istədiklərimiz düşmədi, amma yenə də çox ailə sevindi. İndi də istərdik ki, cavan qızlarımız, siyasi fəallar azad olunsunlar”.

Hüquq müdafiəçisi qeyd edib ki, ölkədə həyata keçirilən genişmiqyaslı layihələr və gələcək planlar fonunda cəmiyyət daxilində birliyin gücləndirilməsi vacibdir:

“Azərbaycan o qədər gözəl görüşlər keçirir, gələcəyin 100 illik planını gerçəkləşdirir. Bu işdə hamımız bir yerdə olmalıyıq. Bütün münaqişələr ölkə daxilində aradan qaldırılmalıdır ”.

Qeyd edək ki, Azərbaycanda əfv sərəncamları adətən əlamətdar tarixlər və bayramlar ərəfəsində imzalanır. Bununla belə, əfv məsələsi birbaşa dövlət başçısının səlahiyyətindədir və rəsmi qərar yalnız sərəncam imzalandıqdan sonra açıqlanır.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Fevral 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri