Icma.az
close
up
RU
Novruzun ilk carçısı: Su çərşənbəsinin tarixi və adətləri

Novruzun ilk carçısı: Su çərşənbəsinin tarixi və adətləri

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.


Bu gün Azərbaycanda Novruz bayramına hazırlıq mərhələlərinin ilki olan Su Çərşənbəsi qeyd edilir. Xalq arasında “Əzəl Çərşənbə” kimi tanınan bu gün suyun başlanğıc, təmizlik və həyat mənbəyi kimi qəbul edilməsinə əsaslanır. Lakin Su Çərşənbəsinin kökləri təkcə xalq adətləri ilə məhdudlaşmır, onun tarixi qədim türk, zərdüşti və islam inanclarına dayanır.

Sfera.az saytı su çərşənbəsi ilə bağlı unudulmuş bəzi tarixi detal və inancları təqdim edir:

Su Çərşənbəsinin kökləri türklərin və zərdüştilərin qədim inanclarına gedib çıxır. Qədim türklərdə Ülgen adlı göy tanrısının su ilə insanları təmizlədiyi və qoruduğu qəbul edilirdi. Qədim türklər inanırdılar ki, su dünyanın başlanğıcıdır və kainat əvvəlcə suyun üzərində yaranıb. Bu düşüncə Altay mifologiyasında geniş yayılmışdı.

Su çərşənbəsi həm də clə bağlıdır. Zərdüştilikdə su ilahəsi olan "Anahita" müqəddəs sayılırdı və ona sitayiş olunurdu. Zərdüştilər inanırdılar ki, su kainatın təmizləyici gücüdür və insanları günahlardan arındırır.

Bu çərşənbənin əsas simvolu təmizlik, yenilənmə və bolluqdur. Su bütün canlıların həyat mənbəyi olduğu üçün bu günün qeyd olunması xalq arasında xüsusi önəm daşıyırdı. Zamanla bəzi inanclar və adətlər unudulsa da, Su Çərşənbəsi Novruzun əsas dörd çərşənbəsindən biri kimi öz yerini qoruyub saxlayır.

İslam dinində də su xüsusi önəm daşıyır. Quranda su həyatın başlanğıcı kimi təqdim edilir:

 “Biz hər şeyi sudan yaratdıq.” (Ənbiya surəsi, 30-cu ayə)

İslamda su paklıq və bərəkət rəmzi sayılır:

Dəstəmaz almaq – Su ilə günahlardan və nəcasətdən təmizlənmək

Yağış duası etmək – Suyun ilahi bir nemət olması

Zəmzəm suyu – Müqəddəs və şəfa verici hesab olunan su


Bu inanclar Su çərşənbəsinin islam dövründə də qeyd olunmasına təsir edib. Əvvəllər mifoloji və zərdüşti ayinlər formasında qeyd edilən Su çərşənbəsi islamdan sonra daha çox təmizlik, bolluq və bərəkət günü kimi qəbul edilməyə başlayıb.


Keçmişdə su ilə bağlı müqəddəs ayinlər mövcud idi:

İnsanlar inanırdılar ki, çərşənbə günü axar sudan istifadə etmək xəstəliklərdən qoruyur və uğur gətirir. Hər ailə bu gün təmiz və saf suyu evinə gətirməyə çalışardı. Evə ilk gətirilən su “bərəkət suyu” hesab olunurdu və süfrəyə tökülərək ailə üzvlərinin çiyninə səpilirdi.

Bəzi bölgələrdə qızlar axşam saatlarında suya gül atıb niyyət edirdilər. Əfsanəyə görə, gül suda necə üzürdüsə, qızın taleyi də elə formalaşacaqdı.

Su çərşənbəsində evin damına buğda atırlar ki, bərəkət artıq olsun. Un çuvalının ağzını açıq qoyurlar ki, bərəkət paylananda bağlı qalmasın. Axşam saatlarında insanlar aynanı suya salıb gələcəklərini görməyə çalışırdılar. Bu, daha çox falçılıqla bağlı bir ənənə idi.

"Axar suyun qabağını kəsmək olmaz. Kəssən, sənə xətər toxunar". Bu fikir də qədim azərbaycanlı atamızın suyu müqəddəs görməsinə dəlalət edir.

Çərşənbə  tonqalı yanıb qurtarandan sonra onun dövrəsinə üç cızıq çəkərlər. Deyirmişlər ki, əgər belə etməsən, sənə xətər toxuna bilər. Evin də bərəkəti dağılar. Bu da qədim babamızın torpaq və suya olduğu kimi, oda da müqəddəs baxmasına bir işarədir. Bayram axşamı baltanı götürüb bir-bir ağacların kötüyünə vurarlar. “Hə, yatmısan, oyan, bərəkət payını götür", deyərlər.

Əvvəllər su üstündən atılma adəti də olub. Təbii ki, axar, saf su nəzərdə tutulur. Üç dəfə atılandan sonra həmin axar suyun uzaq yerində bir saxsı qab sındırıb “Nə dərd-bəlamız varsa, bu saxsıynan getsin” deyərdilər. Suyu bir qaba doldurub içinə baxaraq gələcəklərini görməyə çalışırdılar.

Bu adətlərin bəziləri hazırda da qorunub saxlanılıb, lakin bir çoxu unudulub.

Su Çərşənbəsi həyatın başlanğıcı, ruhi və fiziki təmizlik, bolluq və bərəkət rəmzi kimi qəbul edilir. O, Novruz bayramına hazırlığın ilk mərhələsidir və insanları yeni dövrə təmiz və ruhən hazır şəkildə daxil olmağa səsləyir.

Tarixi boyu müxtəlif din və mədəniyyətlərin təsiri altında dəyişən Su çərşənbəsi, bu gün də Novruz ənənələrinin ən mühüm hissələrindən biri olaraq qalır.


Firuzə Əliyeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 Fevral 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri