Icma.az
close
up
RU
Nüfuzlu şəxslərin şəxsi məlumatlarını satışa çıxaran haker tutulub

Nüfuzlu şəxslərin şəxsi məlumatlarını satışa çıxaran haker tutulub

Icma.az bildirir, Sia Az portalına istinadən.

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi vətəndaşların onlayn dövlət xidmətlərindən yararlanmaq üçün ən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilən kiberhücumlara qarşı xüsusi əməliyyat keçirib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı kompüter sistemlərinə qanunsuz müdaxilə etməklə vətəndaşlara məxsus fərdi məlumatları əldə edən Bakı şəhər sakini Hüseyn Məhərrəmov müəyyən edilərək saxlanılıb.

H.Məhərrəmov internet üzərindən xarici ölkə vətəndaşlarından ibarət kibercinayətkar dəstələrlə əlaqələr yaradıb onlar vasitəsi ilə Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının qorunduğu sistemlərin şifrələrini əldə edib mühafizə tədbirlərini pozmaqla həmin serverlərə daxil olub.

Daha sonra isə o, “Telegram” və digər sosial şəbəkələrdə yaratdığı anonim səhifələr vasitəsilə şəxsi məlumatları satışa çıxarıb.

H.Məhərrəmov sosial şəbəkələrdə bir neçə müxtəlif nüfuzlu şəxsin fərdi məlumatlarını da paylaşaraq istənilən vətəndaş barədə informasiyanı pul müqabilində sata biləcəyi barədə reklam xarakterli elanlar da yerləşdirib.

Bu şəxsin kibercinayət əməlləri ifşa olunduqdan sonra onun topladığı fərdi məlumatlar və müvafiq onlayn informasiya sistemlərinə qanunsuz girişi Baş İdarə əməkdaşları tərəfindən aradan qaldırılıb. Əldə edilən elektron sübutların ekspertizası nəticəsində H. Məhərrəmovun kompüter sistemlərinə qanunsuz müdaxilə etmə faktı bir daha təsdiqlənib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. H.Məhərrəmov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaq aparılıb və cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

H.Məhərrəmovla əlbir olan və xarici ölkələrdə gizlənən şəxslərin də saxlanılması istiqamətində həmin dövlətlərin polis qurumları ilə birgə əməliyyat-texniki tədbirlər davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 İyul 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see175

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see168

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri