Icma.az
close
up
RU
Nümunəvi oyun oldu, qələbəyə layiq idik Valdas Dambrauskas

Nümunəvi oyun oldu, qələbəyə layiq idik Valdas Dambrauskas

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Nümunəvi oyun oldu, qələbəyə layiq idik" - Valdas Dambrauskas

"Komandamı təbrik etmək istəyirəm. Xüsusilə də oyunçularımı. Çox güclü rəqibin meydançasında, avrokuboklarda qrup mərhələsində çıxış etmiş komandaya səfərdə qalib gəlmək çox çətin idi".

QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 28-ci turunda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bildirib. Mütəxəssis qələbəni belə şərh edib:

"Öz oyunçularıma böyük hörmətlə yanaşıram. Bilirdik ki, bizim üçün ağır oyun olacaq. Birinci hissədə daha çox istəkli olan, istədiklərini həyata keçirən tərəf biz idik. İkinci hissədə komandamın verdiyi reaksiya xoşuma gəldi. Hesabda öndə olmağa layiq tərəf biz idik. Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı. İkinci hissədəki oyun nümunəvi oyun idi. Hansısa akademiyalarda, hansısa məşqçi kurslarında göstəriləcək oyundur. Sabahdan etibarən bərpa məşqlərimizə başlayacağıq. Yarımfinalda eyni rəqiblə qarşılaşacağıq. Hər iki komandanın böyük istəyi var. Final təcrübəsi yaşamağı çox istəyirik".

- "Qarabağ" Avropada və yerli liqada rəqiblərin qapısı qarşısında çox sadə epizodlar yarada bilən komandadır. Bu gün hansı detalları yaxşı işlədiniz ki, onlar sizin qapınız qarşısında epizod yarada bilmədi?

- Detallar barədə danışsaq, çərşənbəyə qədər danışaram. Çox detallar var idi. Bu detalları icra etmək üçün mənə görə iki ən önəmli prinsip var. Bunlardan biri ürəyini meydanda qoymaqdır. Taktiki çox şey danışa bilərsən. Amma oyunçular qaçmayacaqlarsa, fokuslanmayacaqsa, oyuna köklənməyəcəklərsə, xeyri olmayacaq. İkincisi, formalarındakı adlarıdır. Bunun üçün oynamalıdırlar. Elə etməlidirlər ki, ailələri, övladları, hər kəs onlarla qürur duysun. Bu qrup futbolçuları məşq etdirməkdən məmnunam. 26-27 oyundur ki, uduzmuruq. Sizi bizim məşqlərə dəvət etsəm, görərsiniz ki, bəzən məşqlərdəki intensivlik, mübarizlik oyunlardakından da çox olur. Bu davranış belə qələbələrdə açardır. Hamısı mənim oyunçularımın əməyidir. Düzdür, "Qarabağ" ötürmələri verdikdən sonra cinahlarda ikiyə iki qaldıqda heç bir oyunçularımızı keçə bilmədilər.

-  "Sabah"ın Çempionlar Liqasında üzərinə böyük yük düşəcək. Sizcə, komanda bunun öhdəsindən gələ biləcək?

- Hazırda bu barədə düşünmürük. Avropada necə olacaq, məsuliyyətimizin nə olacağı hazırda mənim üçün önəmli deyil. Heç bilmirik ki, hansı komandalarla düşəcəyik. Daha çox öz oyunlarımıza köklənirəm. Səhvlərimizi axtarıram. Biz çərşənbə günü çox yaxşı çıxış edib, finala yenə çıxmalıyıq.

- Mikelsin durumu necədir?

- Hazırda bilmirəm. Tibbi heyətlə bu barədə danışmalıyam. Ciddi zədəyə oxşayır. İndi onu xəstəxanaya aparırlar. Sonra bəlli olacaq.

- Dediniz ki, məşqlərimizə gəlsəniz, futbolçularımızın döyüşkənliyini görərsiniz. Təklif edirəm ki, "Qarabağ"la oyundan öncə media və azarkeşlər üçün açıq məşq keçirəsiniz.

- Eşitdiyim ən yaxşı suallardan biri idi. Hazırda bizdə intensiv məşqlər olmayacaq. Çünki 2 bərpa məşqi keçəcəyik. Məndən asılı deyil, rəhbərliklə danışmaq olar. Niyə də olmasın? "Qarabağ"la oyundan öncə söz vermirəm. Digər oyunlardan qabaq danışmaq mümkündür.

- Sizə görə Abdulla Xaybullayev qəhrəmandır, yoxsa antiqəhrəman?

- Bu sual da çox yaxşı sualdır. Bunu həmişə paltardəyişmə otağında da demişəm, o, bizim üçün çox önəmli oyunçudur. Abdulla məşqdə təkcə ürəyini yox, bədənin bütün hüceyrələrini verir. Çox yaxşı oynayır, çox səbirli oyunçudur. Ona ehtiyacımız olduğu vaxtda meydançada 100 yox, 110 faizini verəcək biridir. Hamıya deyirəm ki, hazır olsunlar, o fürsəti istifadə etsinlər. Bilirdik ki, Umarali bu gün oynamayacaq. Abdulla da bu fürsətdən yaxşı istifadə etdi. O, bizim üçün nümunəvi oyunçudur. İkinci hissədə bir balaca bizə zərər verdi, 10 nəfərlə qaldıq. Qırmızı vərəqələr, səhvlər futbolun bir parçasıdır. Amma heç vaxt oyunçularımızı günahlandırmırıq, çalışırıq ki, onların səhvlərini düzəldək, düzgün yolu onlara göstərək. Fikrimcə, Abdulla komandamızın önəmli oyunçusudur.(sportal.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://qol.az
archiveBu xəbər 18 Aprel 2026 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri