Icma.az
close
up
RU
Nura Suri: Buna görə məni məclislərə çağırmaqdan çəkinirlər” Senzura, qadağa, qorxu...

Nura Suri: Buna görə məni məclislərə çağırmaqdan çəkinirlər” Senzura, qadağa, qorxu...

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Cəmiyyətin ağrılı nöqtələrinə toxunmaq hər sənətçinin cəsarət göstərə biləcəyi addım deyil. Bu gün sosial ədalətsizliklər, zorakılıq halları, haqsızlıqlar barədə danışan məşhurların sayı barmaqla sayılacaq qədər azdır. Onlardan biri müğənni Nura Suri, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov, biri də sənətkar Akif İslamzadədir. Onlar zaman-zaman gündəmin ən həssas mövzularına münasibət bildiriblər.

Bəs niyə əksər şou nümayəndələri bu cür mövzularda səssiz qalır? Onlar nə düşünür, nə hiss edir və niyə danışmırlar?

Yenisabah.az olaraq bu sualları müğənni Nura Suriyə ünvanladıq. Toyuqlu pizza

Müğənni bildirib ki, hər mövzuda fikirlərini yazır və bu onun vətəndaş mövqeyidir:

“Mən cəmiyyətdə nə görsəm, nə eşitsəm, onsuz da bu barədə özümün feysbuk hesabımda yazıram. Hər mövzuda da fikirlərimi bildirirəm. Bu həm də mənim vətəndaş mövqeyimdir. Bunun mənim müğənni olmağıma heç bir aidiyyatı yoxdur. Sırf xarakter məsələsidir. Bizim cəmiyyətdə insanlar çox danışan adamlardan qaçır. Yəni bu danışıb, yazdıqlarım mənə heç bir xeyir gətirmir. Bütün bunları kimsə haqqımda yaxşı, ya pis nəsə düşünsün deyə etmirəm. Hamısını içimdən gəldiyi üçün edirəm. Loru dildə desək, ürəyim partlamasın deyə yazıram”.

O həmçinin qeyd edib ki, bu yazdıqlarına görə, bir çox telekanallarda qara siyahıya salınır və senzuralara məruz qalır:

“Haqsızlıq edən başqa, görüb susan isə başqa məsuliyyət daşıyır. Bir insan olaraq mənim də mövqeyim bu yöndədir. Bu mənə heç bir xeyir də vermir, əksinə ziyan gətirir. Bir çox hallarda bəzi telekanallar tərəfindən qara siyahıya salınıram, senzuralara məruz qalıram. Hətta bəzi insanlar açıqsözlü olduğum üçün məni məclislərə də çağırmaqdan çəkinirlər. Amma yenə də gecə yatanda əlimi vicdanıma qoyub, rahat yata bilməyim mənim üçün daha önəmlidir. Bu hallarla da qarşılaşanda özümə söz verirəm ki, bir daha heç nə yazmayacam, deməyəcəm, amma yenə də olmur”.

Onun sözlərinə görə,  Murad Arif və Faiq Ağayev də ara-sıra öz fikirlərini açıq şəkildə yazıb, paylaşırlar:

“Mən fikir vermişəm ara-sıra Murad Arif də bu cür fikirlər yazır, paylaşır. Çox gözəl də yazır. Doğru düzgün fikirlərini də çatdıra bilir. Onlardan biri də Faiq Ağayevdir. Bütün bunlar məni sevindirir. Hər ikisi də öz intelektual səviyyəsi ilə seçilir. Mən düşünürəm ki, belə insanları daha çox işıqlandırmaq lazımdır ki, başqalarına da örnək olsunlar. Bu insanları da həmin siyahıda qeyd etmək lazımdır. Əfsuslar olsun ki, bu sənətçilərin yazdıqları mətbuat tərəfindən az işıqlandırılır. Mən özümə qarşı onu deyə bilmərəm. Çünki mənim yazdıqlarımı hər zaman işıqlandırırlar. Mənim mediadan heç bir şikayətim yoxdur. Bu da mənə daha çox ilham verir”.

Müğənni müsahibə verməməsinin səbəblərini də açıqlayıb. O qeyd edib ki, demək olar, bütün verilən suallar haqqında danışıb və özünü təkrarlamaqdan bezir:

“Müsahibə verməməyimin səbəbi də odur ki, hər hansı bir problemi işıqlandırıramsa, o bu ana aiddir. Onu təkrar-təkrar vurğulamaq anlamsızdır. Müsahibəyə gəldikdə isə o verilən suallar haqqında ayrı-ayrı vaxtlarda feysbuk səifəmdə status yazaraq, cavab vermişəm. Bu da təkrarçılıq kimi çıxır və özüm-özümü təkrarlamaqdan bezirəm. 21 ildir bu səhnədəyəm və 21 ildir ki, yazıram. 21 ildir də müsahibə verirəm və demək olar ki, danışmadığım mövzu da qalmayıb. Hətta elə olub ki, yutub kanalında yayımlanan video müsahibə üçün 1 saat danışmışam, onun sadəcə 20 dəqiqəsi verilib. Qalan hissələri senzuraya görə kəsilib. Bu kəsiləcəksə, redaktə olunacaqsa, hansısa fikrim, sözüm dəyişəcəksə niyə yadnışıram. O qədər məni olmadığım kimi təqdim ediblər ki, ona görə də qorxuram. Öz fikrimi rahat şəkildə yaza bilirəm. Video müsahibədə isə bütün fikirlərim montaj olunur və insanlarda başqa fikir yaradır. Ona görə də müsahibə vermirəm”.

Aydan Hacıbalazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 İyul 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri