Icma.az
close
up
RU
Nura Suriyə “blok” qoyan kimdir? Özü açıqladı KONKRET

Nura Suriyə “blok” qoyan kimdir? Özü açıqladı KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bizim cəmiyyət hər nə baş versə – ölkədə, evdə, işdə – mütləq bir bəhanə tapıb acığını müğənnilərdən çıxmaq istəyir. Hətta aparıcılar da “məzələnir” müğənnilərlə. Baxırsan ki, bəzilərinin qulağından redaktorun dediklərini kəssən, heç özü iki kəlmə sözü birləşdirib, doğru-düzgün cümlə qura bilməyəcək. Hər nə isə…”

KONKRET.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu müğənni Nura Suri qeyd edib.

“Mən də illərdir Facebook-da yazıram fikirlərimi. Hətta əvvəllər Day.az saytı üçün məqalələr (köşə yazısı) yazırdım, 1news.az saytı üçün müsahibələr edirdim və LiveJournal saytında yazırdım. Nə isə, başınızı çox ağrıtmayım.

Danışmağa hər mövzuda adam tapa bilmirəm çox vaxt, ona görə yazıram. Haqqımda “demoqoq”dan tutmuş başqa nə desən, deyiblər. Haqqımda o qədər absurd və həqiqətə uyğun olmayan şeylər danışılıb ki, hərdən özüm-özümdən şübhələnmək istəyirəm (sarkazm, ironiya)” – müğənni bildirib.

Nura Suri onu tədbirlərdən uzaq salan şəxsdən danışsa da, ad çəkməyib:

“Yaltaqlığı sevmədiyimə görə bir çox tədbirlərdən (Mədəniyyət Nazirliyinin işçisidir – ad çəkməyim) məni “burub” bir xanım. Hələ müğənniləri və prodüserləri demirəm. Yəni seçilmək, düşündüyümü demək, onların dili ilə desək, “ağıllı-ağıllı danışmaq”, haqqsızlığa susmamaq – başıma bəla olub.

İndi mən kitablardan oxuyub təhlil etdiyim fikirlərimi, xatirələrimi, düşündüklərimi sizinlə Facebook səhifəmdə bölüşürəm. Müğənnilər arasında da düşünən, kitab oxuyan, hər mövzuda danışa biləcəyiniz insanlardan biriyəm.

Məni niyə düşmən bəlləmisiniz ki? Dərdiniz nədir mənimlə? Kimə bir pisliyim keçib axı indiyə kimi?..”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri