Icma.az
close
up
RU
Nurlan Həsənov Əli Həsənovun qohumu deyil, ona şər atırlar FOTO+VİDEO

Nurlan Həsənov Əli Həsənovun qohumu deyil, ona şər atırlar FOTO+VİDEO

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Son günlər bəzi saytlarda əslən Şərur rayonundan olan, Abşeron rayon İcra Hakimiyyətində çalışan Nurlan Həsənov Prezidentin keçmiş köməkçisi Əli Həsənovla əlaqələndirilir, onun qohumu və biznes şəriki kimi təqdim olunur. Həmçinin Nurlan Həsənov barəsində bir sıra yalan informasiyalar tirajlanır.

Bakupost.az xəbər verir ki, 1988-1991-ci illərdə Şərur rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləmiş Məmməd Abbasov sosial şəbəkədə bu məsələyə münasibət bildirib. O, Nurlan Həsənovun PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyev və Əli Həsənovla heç bir əlaqələrinin olmadığını vurğulayıb:

Məmməd Abbasov

“Son bir aya yaxın müddətdə cəmiyyətimizi təlatümə gətirən hadisələr baş verir. Buna səbəb Prezident Administrasiyasının sabiq rəhbərinə cinayət işinin qaldarılması olub. Onu demək lazımdır ki, əgər bu ittihamlar təsdiqini taparsa, təqsirkarlar qanunvericiliyə uyğun olaraq ən ciddi cəzalarını almalıdırlar. Hadisələrin gedişi göstərir ki, bu faktdan istifadə edən bəzi insanlar xoşlarına gəlməyən adamlara şər, böhtan atıb onları ləkələmək istəyirlər. Bir neçə gün bundan əvvəl "Laf TV"-nin aparıcısı Ləman Ələşrəfqızı bildirdi ki, keçmiş partiya işçisi olmuş Əlfan İbrahimov adlı birisi studiyaya gəlib Abşeron rayon İcra Hakimiyyətinin məsul işçisi Həsənov Nurlanın Prezident Aparatının sabiq məsul işçisi, Prezidentin köməkçisi Əli Həsənovun qardaşı oğlu olduğunu bildirib. Ləman xanım daha sonra bildirir ki, məsələ ictimailəşdikdən sonra bizə daxil olan materiallardan aydın oldu ki, bu məlumat yanlışdır. Nurlan Əli Həsənovun yox, Allahverdi Həsənovun qardaşı oğludur. Ləman Ələşrəfqızı qızı onu da qeyd edir ki, Əlfan İbrahimov ikinci dəfədir bu cür yanlış məlumat verir və hətta buna görə məhkəmədə fakt təsdiqini tapmadığından Əlfan İbrahimovu təqsirkar bilib. Əlfan İbrahimov da onu məhkəməyə verən Gülər İbrahimovadan üzr istəyib. Mən bu videoya baxdıqdan sonra qərara gəldim ki, hadisəyə münasibət bildirim. Çünki Nurlanı, onun ailəsini yaxından tanıyıram. Ona qarşı bu böhtana biganə qalmaq olmaz. İctimaiyyət bilməlidir ki, kim kimdir".

Məmməd Abbasov daha sonra qeyd edib ki, Nurlan Həsən oğlu Həsənov Şərur rayonunun Oğlanqala kəndində anadan olub:


"Ali Hərbi Məktəbi və Prezident yanında Dövlət İdarəçilik Akademiyasıni bitirib. Bir müddət xüsusi təyinatlı təşkilatda çalışıb, son illərdə rayon icra hakimiyyətində məsul vəzifədə işləyir. Ehtiyatda olan zabitdir. Atası Həsənov Həsən ali təhsilli elektrik mühəndisi olub, uzun müddət rayon elektrik şəbəkəsinin müdiri vəzifəsində çalışıb. Sadə, öz işini bilən mütəxəssis kimi tanınıb. Bir neçə il bundan əvvəl dünyasını dəyişib. Nurlanın əmisi Allahverdi Həsənov Şərur rayonunun (1988-1994-cü illərdə) polis rəisi vəzifəsində çalışıb. Hadisələrin mürəkkəb dövründə, xüsusilə Ermənistanla sərhəd bölgələrə əsasən, Sədərəkdə silahlı toqquşmalada o, özünü bacarıqlı, qorxmaz polis əməkdaşı kimi göstərdi. Əhali arasında olan nüfuzuna görə, 1990-cı ildə Azərbaycan SSRİ Ali Sovetinə keçirilən seçkilərdə millət vəkili seçildi. Nurlanın ana babası Dizə kənd sakini Seyidov Mirmöhsün ağa olub. O kəndin böyük nüfuz sahibi, bir tayfanın ağsaqqalı idi. Mirmöhsün ağa 1937-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib, hidrotexnik peşəsinə yiyələnib. 58 il Şərur rayon Suvarma Sistemləri İdarəsində baş mühəndis, müdir vəzifələrində çalışıb. Böyük Vətən müharibəsi iştirakçısı olub. 1981-ci ildə Naxçıvan MSSR Ali Sovetinin fərmanı ilə ona Əməkdar mühəndis adı verilib. Bütün bu faktlar onu göstərir ki, Nurlan hansı nəslin nümayəndəsidir. Belə bir gəncə böhtan, şər deməklə bu insanlar nəyə nail olmaq istəyir? İcra hakimiyyətində işlədiyi dövrdə həmişə insanların müraciətinə həssaslıqla yanaşıb, xüsusilə şəhid ailələrinə, qazilərə diqqət göstərib”.

Cavid, BakuPost



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see207

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see196

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see186

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see159

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see159

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see157

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see147

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri