Icma.az
close
up
RU
Yer əslində necə yaranıb? ŞOK ARAŞDIRMA KONKRET

Yer əslində necə yaranıb? ŞOK ARAŞDIRMA KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Havay Universitetinin Manoa şəhərciyindən olan planetoloq Nader Haqiqipur və həmkarları Günəş sisteminin necə formalaşdığını yeni üsulla araşdırıblar. Alimlər bunun üçün mindən çox kompüter simulyasiyası aparıblar. Onlar hər bir modeldə protoplanet diskinə fərqli ilkin şərtlər verərək planetlərin necə formalaşdığını izləyiblər.

KONKRET.az xəbər verir ki, əvvəlki araşdırmalardan fərqli olaraq, alimlər nəticələri indiki Günəş sisteminə uyğunlaşdırmayıblar. Onlar prosesi mümkün qədər sərbəst şəkildə modelləşdirərək planetlərin hansı şəraitdə yarandığını müəyyənləşdirməyə çalışıblar.

Nəticələr maraqlı olub. Simulyasiyalar göstərib ki, Yerə bənzər qayalı planetin Günəşdən təxminən bir astronomik vahid məsafədə yaranması nadir hadisə deyil. Bu cür planetin meydana gəlməsi planet sisteminin normal inkişaf prosesinin nəticəsi ola bilər.

Simulyasiyaların təxminən 28 faizində Veneraya bənzər planet yaranıb. Marsa bənzər kiçik planetlər də indiki orbitinə yaxın məsafədə dəfələrlə formalaşıb.

Tədqiqatçılar müəyyən ediblər ki, planet sisteminin son quruluşuna ilkin mərhələdəki kiçik dəyişikliklər ciddi təsir göstərə bilər. Tozun sıxlığı və planet embrionlarının ölçüsündəki fərqlər gələcəkdə planetlərin sayını, ölçüsünü və orbitlərini dəyişə bilər.

Yupiter kimi nəhəng planetlərin erkən hərəkəti də mühüm rol oynayır. Belə planetlər vaxtından əvvəl miqrasiya etdikdə daxili bölgədəki planetlərin yaranması üçün lazım olan materialı öz orbitlərindən kənarlaşdıra bilər.

Nader Haqiqipurun sözlərinə görə, araşdırmanın əsas nəticəsi Yerin yaranmasının sadəcə “xoşbəxt təsadüf” olmadığını göstərməkdir.

Alimlər hesab edirlər ki, bu nəticələr digər ulduz sistemlərində Yerə bənzər planetlərin yaranma ehtimalını öyrənməyə də kömək edə bilər.

Qeyd edək ki, 2026-cı ilin martında ETH Zurich alimləri də Yerin yaranması ilə bağlı ayrıca araşdırma təqdim etmişdilər. Onlar meteorit və digər kosmik cisimlərin izotop tərkibini araşdıraraq Yerin əsasən Günəş sisteminin daxili hissəsindəki materiallardan formalaşdığını müəyyənləşdiriblər. Bu nəticə də planetimizin yaranmasında xarici Günəş sistemindən gələn materialın mühüm rol oynadığı barədə əvvəlki fikirlərə yenidən baxmağa əsas verib.

Günay Əli 

KONKRET.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Avqust 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri