Nürnberq və Tokiodan bəri FOTO
Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
Ukrayna Prezidenti Aparatının rəhbərinin müavini İrina Mudra Rusiya Təcavüzü Cinayətinə görə Xüsusi Tribunalın yaradılması ilə bağlı tarixi qərarı şərh edib. İrina Mudra Facebook-da paylaşdığı statusunda qeyd edib ki, "Nürnberq və Tokiodan bəri" müharibənin başlanması üçün ayrıca məsuliyyət mexanizminin yaradıldığı ilk dəfədir: “Bir neçə ildir ki, bizə bunun heç vaxt baş verməyəcəyi deyilirdi. Bu, hüquqi cəhətdən mürəkkəbdir. Siyasi cəhətdən həssasdır. Çoxlu sayda maraqlar qarşı-qarşıyadır”.
Mudranın sözlərinə görə, növbəti addım Haaqada tribunalın özünün yaradılması olacaq: bu, hakimlərin təyin edilməsini, prosedurların təsdiqlənməsini və araşdırmaların başlanmasını əhatə edir. O, işin gələn il başlayacağını qeyd edib.
Mudra həmçinin tribunalın yaradılması üçün uzun danışıqları və çoxsaylı hüquqi mexanizm tapmaq cəhdlərini xatırladıb. Onun sözlərinə görə, Ukraynanın vəkillər, diplomatlar və parlamentarilərdən ibarət komandası dəfələrlə müqavimətlə qarşılaşıb, lakin həll yolu axtarmağa davam edib.
O əlavə etdi ki, tribunal Ukraynaya qarşı müharibə aparmaq qərarına gələnlər üçün şəxsi məsuliyyət alətinə çevrilməlidir.
İlham
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 May 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















