Icma.az
close
up
RU
Nüvə silahı barədə ilk fətva: “BMT nin onların qarşısında dayana bilməsi çətin olacaq”

Nüvə silahı barədə ilk fətva: “BMT nin onların qarşısında dayana bilməsi çətin olacaq”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

İranın tanınmış ruhanilərindən olan Ayətullah Seyyid Məhəmməd Cavad Ələvi Borucerdi atom silahı barədə fətva verib: "Nüvə bombası yaratmaq üçün bilik və praktiki səriştələrin əldə edilməsində heç bir problem yoxdur".

Bir çoxları bunu İslam Respublikasının dinc nüvə proqramından hərbi nüvəproqramına keçid kimi qiymətləndirir.

Xatırladaq ki, son vaxtlar, xüsusən, İsraillə 12 günlük müharibədən sonra İranın bir çox tanınmış siyasətçiləri, habelə pparlament üzvləri nüvə silahı əleyhinə fətvanın ləğvi çağırışları edir. pizza hut

Şərqşünas-yazar Kənan Rövşənoğlu "Yeni Sabah"a təsdiqləyib ki, bu məsələ həm dini, həm də siyasi müstəvidə çox ciddi müzakirələr doğurub:

“Kütləvi qırğın silahları İslam dininin prinsipləri ilə uyğunlaşmadığı üçün İranın Ali dini rəhbər buna icazə vermir. Fətvada da açıq şəkildə göstərilir ki, nüvə silahının hazırlanmasına nə maliyyə ayrılır, nə də belə bir məqsəd mövcuddur.

Şübhəsiz, həlledici söz yalnız Ali Rəhbərə aiddir. Amma İslam Respublikasında bəziləri düşünür ki, düşməni çəkindirmək üçün müdafiə məqsədilə nüvə silahı əldə olunmalıdır. Digərləri isə hesab edir ki, bu silah günahsız insanların qətlinə səbəb ola bildiyindən ona ehtiyac yoxdur. Hazırda prinsiplər baxımından nüvə silahına icazə verilmir. Amma gələcəkdə özünümüdafiə məqsədilə bu məsələnin yenidən gündəmə gəlməsi istisna deyil".

Kənan Rövşənoğlu məsələyə beynəlxalq kontekstdən də yanaşıb: 

“Hindistan və Pakistan müharibə vəziyyətinə görə nüvə silahına sahib oldular. Şimali Koreya isə BMT embarqosunu pozaraq bu silahı əldə etdi. İranın nüvə silahına sahib olmasına qarşı çıxılmasının əsas səbəbi isə budur ki, əks halda Səudiyyə Ərəbistanı, Türkiyə və digər müsəlman ölkələri də belə bir tələb irəli sürə bilər. Bu halda BMT-nin onların qarşısında dayana bilməsi çətin olacaq. Hazırda yalnız Pakistan müsəlman ölkələri içində nüvə silahına sahibdir".

Şərqşünas-yazar qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında aparılan danışıqlarda da maraqlı məqam var:

“Vaşinqton şərt irəli sürüb ki, yalnız İsraillə barışıq əldə olunacağı təqdirdə Səudiyyə Ərəbistanına nüvə enerjisini dinc və müdafiə məqsədilə saxlamağa icazə veriləcək. Türkiyədə isə hazırda nüvə mərkəzi və atom elektrik stansiyası inşa edilir. Onlar bunu dinc məqsədli sübutlarla əsaslandırırlar. Lakin gələcəkdə bu obyektlərin silah məqsədilə istifadəsinə yol verilməməsi şərti qoyulub".

Rəvan Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Avqust 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri