Icma.az
close
up
RU
Qrenlandiya çətin sınaq qarşısında

Qrenlandiya çətin sınaq qarşısında

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, ABŞ prezidenti administrasiyası rəhbərinin müavini Stiven Miller “CNN” telakanalına müsahibəsində Amerika lideri Donald Trampın aylar ərzində bununla bağlı dəqiq fikirlər səsləndirdiyini diqqətə çatdırıb.
“Birləşmiş Ştatlar Qrenlandiyanı ümumi təhlükəsizlik aparatımızın bir hissəsi kimi birləşdirən millət olmalıdır. Mən sadəcə olaraq aydınlaşdırmaq istəyirəm ki, bu, ABŞ hökumətinin bu administrasiyanın başlanğıcından və düzünü desək, əvvəlki Tramp administrasiyasından bəri rəsmi mövqeyidir: Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. Prezident bununla bağlı çox dəqiq danışıb”, - amerikalı məmur vurğulayıb.
Teleaparıcı Ceyk Tapper ABŞ-nin Qrenlandiyanı zorla ələ keçirmək cəhdi ssenarisini istisna edə biləcəyini dəfələrlə soruşsa da, sualdan yayınan Miller, eyni zamanda, Danimarkanın adaya nəzarətinin qanuniliyini şübhə altına alıb. Onun sözlərinə görə, əsas sual Danimarkanın 30 min nəfər əhalisi olan Qrenlandiya üzərində müstəmləkə kimi nəzarətə iddia etmək hüququna malik olmasıdır.
- Onların ərazi iddiaları nəyə əsaslanır? Qrenlandiya hansı əsasla Danimarkanın müstəmləkəsidir? ABŞ NATO dövlətidir. Arktika regionunun təhlükəsizliyini təmin etmək və NATO maraqlarını qorumaq üçün Qrenlandiya birmənalı şəkildə ABŞ-nin bir hissəsi olmalıdır. Biz fövqəldövlətik və prezident Trampın rəhbərliyi altında bir fövqəldövlət kimi davranacağıq”, - Stiven Miller deyib.
Starmer: “Danimarka haqlıdır” Xatırladaq ki, bundan əvvəl Stiven Millerin həyat yoldaşı Keti Miller sosial şəbəkədə Amerika bayrağı ilə örtülmüş Qrenlandiyanın təsvir olunduğu xəritəni yerləşdirmişdi. Bunun ardınca Donald Tramp ada üzərində nəzarətin qurulmasında israrlı olduğunu təkrarlayıb.
Bu arada “The Economist” nəşri Ağ Ev administrasiyasının Qrenlandiyaya razılaşma təklif etməyə hazırlaşdığını yazıb. Donald Tramp özü bunu böyük miqyaslı daşınmaz əmlak sövdələşməsi ilə müqayisə edib.
“Məmurlar Vaşinqtonun Sakit Okeandakı kiçik dövlətlərlə bağladığı razılaşmalara bənzər Azad Assosiasiyalar Sazişinin (COFA) təklif olunması imkanlarını müzakirə edirlər. Sənədə əsasən, bu dövlətlər ABŞ ordusuna öz ərazi sularına və hava məkanına eksklüziv çıxış imkanı verir ki, bu da digər ölkələri analoji hüquqlardan məhrum edir. Bunun müqabilində ABŞ iqtisadi və maliyyə yardımı göstərir”, - jurnal yazır.
Danimarka adada artıq Amerika hərbi bazasının olduğuna diqqət çəkir. Kopenhagenlə razılaşma Amerika qoşunlarının sayı ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutmasa da, hərbi mövcudluğun əhəmiyyətli dərəcədə artırılması üçün Danimarkanın razılığı tələb oluna bilər.
Nəşrin məlumatına görə, Amerika rəsmiləri Qrenlandiya hökuməti ilə birbaşa danışıqlar aparmağa cəhd göstərsələr də, indiyədək buna imtina cavabı alıblar.
Bununla yanaşı, Danimarkanın və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsen ABŞ administrasiyasının Qrenlandiya ilə bağlı iddialarına sərt reaksiya sərgiləyiblər. Maraqlıdır ki, Böyük Britaniyanın baş naziri Kir Starmer danimarkalı həmkarının mövqeyini dəstkləyib.
Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen, həmçinin ABŞ-nin Nikolas Maduronu ələ keçirmək əməliyyatı fonunda, adanın Venesuela ilə müqayisə edilə və Qrenlandiyanın bir gecədə ələ keçirilə bilməyəcəyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://azvision.az
archiveBu xəbər 06 Yanvar 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri