Icma.az
close
up
RU
Nüvə silahına sahib olmaq istəyən və yaxud ona sahib olan dövlətlərin iqtisadiyyatı onsuz da zəifdir

Nüvə silahına sahib olmaq istəyən və yaxud ona sahib olan dövlətlərin iqtisadiyyatı onsuz da zəifdir

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Bizim regionda növbəti bir nüvə silahına sahib olan dövlətin olması sülh, təhlükəsizlik və əməkdaşlıq baxımından müsbət bir vəziyyət deyil. Dünya dövlətləri bunu qəbul etsələr də, bütün dövlətlər nüvə silahı əldə etməyə çalışır. Çünki nüvə silahı olan ABŞ, Rusiya və bir sıra digər nüvə silahına sahib olan dövlətlər dünyada hegemonluqlarını göstərdiklərinə görə, digər dövlətlər də belə hegemonluğu göstərmək iqtidarında olmaq üçün hər vəchlə nüvə silahına sahib olmağa çalışır”.

Bu barədə Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına bildirib ki, Yaxın Şərqdə baş verən proseslər İranın əsas "qol-qanadının kəsilməsi"nə gətirib çıxarıb.

Xəyal Bəşirov

“Qəzzanın bombalanması, “HƏMAS”-ın maksimum səviyyədə zəiflədilməsi, Livanda “Hizbullah”-ın maksimum dərəcədə zəiflədilməsi, “husilər”ə vurulan zərbə və eyni zamanda Suriyada İranın dəstəklədiyi Əsəd rejiminin çökdürülməsi və İranla “HƏMAS”, “Hizbullah” arasındakı o yolun tam şəkildə kəsilməsi artıq ondan xəbər verir ki, İran bu istiqamətdə ciddi zərbələr alıb. İranın bu zərbələrin qarşılığını hansı şəkildə verəcəyi müəyyən deyil. Gözlənilən odur ki, İran proksi qüvvələrə verdiyi dəstəyi nüvə silahının daha sürətli şəkildə əldə edilməsi prosesinə sərf edəcək”-deyən politoloq qeyd edib ki, İranın iqtisadiyyatının zəif olub-olmaması onun nüvə silahına sahib olması prosesini heç də zəiflətmir.

“Düşünmək doğru olmaz ki, İranın iqtisadiyyatı zəifdir və buna görə nüvə silahı əldə edə bilməz. Bu doğru yanaşma deyil. Çünki nüvə silahına sahib olmaq istəyən və yaxud ona bu və ya digər formada sahib olanların iqtisadiyyatları onsuz da zəifdir. Rusiya, Şimali Koreya, Pakistan, Hindistan və digər dövlətlərin nüvə silahı uğrunda səfərbər olunmaları ondan xəbər verir ki, (əgər bu dövlətlər ABŞ-la, Qərblə dost və ya müttəfiq dövlətlər deyilsə) nüvə silahına sahib olub, Qərbə meydan oxuyan dövlətlərin iqtisadiyyatına da zərbə elə Qərb tərəfindən vurulmaqdadır. Bu səbəbdən də İran bundan sonra da bu strategiyadan əl çəkməyəcək. İranın iqtisadiyyatı zəifləsə də, çöksə də İran maksimum şəkildə nüvə silahının əldə edilməsinə nail ola bilər. Bəzi fikirlər var ki, İran hətta nüvə silahını əldə edə bilib və bunu lazım olan dövlətlər bilir. Məsələn; ABŞ. İrana hücum edə biləcək, zərər verə biləcək dövlətlər bunu bilir. İran bunu açıq şəkildə bəyan etmir. ABŞ-da kimin hakimiyyətdə olmasından asılı olmayaraq, hər bir halda bu proses davam edəcək. İran nüvə silahı əldə edibsə, bunun nəticələrini görmək istiqamətində və ya etməyibsə, əldə etmək istiqamətində prosesi davam etdirəcək”-deyə Xəyal Bəşirov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Fevral 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri