“Nüvə silahlarının istifadəsi qəbuledilməzdir” Çin XİN
525.az saytına istinadən Icma.az xəbər verir.
“Çin nüvə silahından istifadəni qəbuledilməz hesab edir və ölkələri müvafiq beynəlxalq öhdəliklərinə ciddi şəkildə əməl etməyə çağırır”.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinqdə verib.
"Çin ardıcıl olaraq nüvə silahlarından istifadə edilməməsi, nüvə müharibəsinin baş verməməsi və nüvə silahlarının yayılmaması sahəsində beynəlxalq öhdəliklərə ciddi şəkildə əməl edilməsi siyasətiniə sadiq qalıb”, - diplomat deyib.
XİN rəsmisi vurğulayıb ki, bütün maraqlı tərəflərin Ukraynadakı münaqişə ilə bağlı dialoqdan hərtərəfli, davamlı və məcburi sülh razılaşmasına nail olmaq üçün istifadə edəcəklərinə ümid edirlər.
O, tərəfləri böhranın şiddətlənməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb, ölkəsinin beynəlxalq hüquqi əsası olmayan birtərəfli sanksiyalara qarşı olduğunu əlavə edib.
Xatırladaq ki, Rusiya Xarici Kəşfiyyat Xidməti Britaniya və Fransanın Kiyevə nüvə silahları vermək planları ilə bağlı iddialar irəli sürüb.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 25 Fevral 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















