Nvidia nın rüblük gəlir proqnozu gözləntiləri üstələyib
Icma.az bildirir, Banco.az portalına istinadən.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın çip istehsalçısı "Nvidia" 2027-ci maliyyə ilinin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Banco.az xəbər verir ki, şirkətin iyulun 26-da başa çatan üç aylıq dövrdə gəliri illik müqayisədə 106 faiz artaraq 96,2 milyard dollar təşkil edib.
Bu göstərici bazar gözləntilərini üstələyib. Əvvəlki maliyyə ilinın eyni dövründə Nvidia-nın gəliri 46,7 milyard dollar olub.
Şirkətin gəliri əvvəlki rüblə müqayisədə də 18 faiz artıb. Gəlirin əsas hissəsini təşkil edən məlumat mərkəzləri üzrə gəlir isə illik müqayisədə 117 faiz artaraq 89 milyard dollara yüksəlib.
"Nvidia" cari rüb üçün gəlir proqnozunu 108 milyard dollar açıqlayıb. Bu göstərici analitiklərin 104,19 milyard dollarlıq əvvəlki gözləntisini təxminən 2 faiz üstələyir.
Şirkətin xalis mənfəəti də kəskin artıb. Hesabat dövründə xalis mənfəət illik müqayisədə 126 faiz artaraq 59,7 milyard dollar təşkil edib.
"Nvidia" həmçinin 2028-ci maliyyə ilinə qədər gəlirinin təxminən 70 faiz artacağını gözlədiyini açıqlayıb. Şirkətin məlumatına görə, birbaşa müştərilərdən biri hesabat dövründə ümumi gəlirin 16 faizini formalaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 27 Avqust 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















