“Nvidia” süni intellekt yarışında liderliyini möhkəmləndirir milyardlarla dollarlıq yeni investisiyalar
Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
Yüksək performanslı çip istehsalçısı “Nvidia” süni intellekt sahəsində fəaliyyət göstərən startaplara investisiyalarını sürətləndirib.
Banco.az xəbər verir ki, ChatGPT-nin istifadəyə verilməsindən sonra süni intellekt sahəsində yaranan “inqilab”dan ən çox faydalanan şirkətlərdən biri məhz “Nvidia” olub. Şirkətin gəlirləri və pul ehtiyatları son iki ildə kəskin artıb.
2025-ci ildə “Nvidia” artıq 50 vençur kapital sövdələşməsində iştirak edib. Bu, 2024-cü ildə tamamladığı 48 sövdələşmədən çoxdur.
Şirkət 2024-cü ildə OpenAI-yə 100 milyon dollar sərmayə yatırıb və gələcəkdə süni intellekt infrastrukturunun qurulması üçün 100 milyard dollara qədər sərmayə qoyacağını bəyan edib.
“Nvidia” həmçinin İlon Maskın xAI layihəsinə 6 milyard dollarlıq maliyyələşdirmə turunda qoşulub və növbəti mərhələdə daha 2 milyard dollarlıq investisiya planlaşdırır. Beləliklə, “Nvidia” süni intellekt texnologiyalarına yönəltdiyi sərmayələrlə bu sahədə dominant mövqeyini daha da möhkəmləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 14 Oktyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















