“Nvidia”da gözlənilməz qərar: Huanq yenidən CEO oldu
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nvidia-nın direktorlar şurası Censen Huanqın şirkətin prezidenti və baş icraçı direktoru (CEO) vəzifəsinə qaytarılması barədə yekdilliklə qərar qəbul edib. Qərar dərhal qüvvəyə minib. Huanqın direktorlar şurasındakı üzvlüyü də bərpa olunub.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.
Nvidia qərarın Huanq ilə bir sıra müzakirə və görüşlərdən sonra qəbul edildiyini açıqlayıb. Danışıqların nəticələrinə əsasən, direktorlar şurası onun dürüstlüyünə və şirkəti idarə etmək qabiliyyətinə əmin olduğunu bildirib.
Məsələyə baxılarkən şura ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələrindən də məlumat alıb. Həmin məlumatlar əsasında Nvidia rəhbərliyi Huanqın əvvəlki vəzifələrinə qaytarılmasının ölkənin milli təhlükəsizliyi üçün təhlükə yaratmadığı qənaətinə gəlib.
Qeyd edək ki, noyabrın 12-də Nvidia Huanqın baş icraçı direktor və prezident vəzifələrindən istefa verdiyini, həmçinin direktorlar şurasından ayrıldığını elan etmişdi. Hətta oktyabrın sonundan etibarən, Huanqın Çin adına casusluqda şübhəli bilinən qadınla münasibətdə olması barədə xəbərin yayılmasından sonra Nvidia-nın səhmləri 29%-dən çox ucuzlaşıb.
Censen Huanqın şirkət rəhbərliyindən ayrılmasından sonra Nvidia-nın bazar dəyərinin təxminən 1 trilyon dollar azaldığı bildirilmişdi.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 23 Noyabr 2026 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















