Icma.az
close
up
RU
Nyu Yorkda liderlərin görüşü: Tramp bu şansı əldən verməməlidir

Nyu Yorkda liderlərin görüşü: Tramp bu şansı əldən verməməlidir

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Nyu-York şəhərində keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasında ən ciddi məsələlərdən biri bizim qardaşımız və mütəffiqimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verəcəyi mesajlar olacaq”.

Bu sözləri politoloq Zəlimxan Məmmədli “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Ərdoğan BMT kürsüsündən Fələstin və Suriya məsələsi ilə bağlı ciddi mesajlar verəcək:

“Türkiyə liderinin beynəlxalq təşkilatların, o cümlədən BMT-nin özünün yenidən strukturlaşdırılması ilə bağlı çıxış etməsi və “Dünya 5-dən böyükdür” tezisinin yenidən gündəmə gətirməsi gözlənilir. Yəni bütün bunlar geopolitik nizamını qurmaq üçün çox önəmlidir. Avropanın da buna bir tələbatı var. 

Artıq Türkiyənin ortaya qoyduğu iddialar sayəsində tərəfdaşları da çoxalmaqdadır. Xüsusilə Fələstini dövlət olaraq tanıyan ölkələrin artması gözlənilməz idi. Bir anda Avropa dövlətləri Fələstini tanıdılar, İsraili isə qınadılar. Bu da rəsmi Ankaranın uğuru sayıla bilər”.Ekspert qeyd edib ki, 8 avqustdakı Vaşinqton görüşündən sonra Azərbaycanla Ermənistan arasındakı ritorikalarda yumşalma hiss olunur:

“Artıq tərəflər arasında etimad mühitinin yaradılması istiqamətində addımlar atılır. Eyni zamanda, qarşılıqlı diplomatik səfərlərin və müzakirələrin olması da pozitivdir. Beləliklə, Rusiyanın və İranın bölgədə “erməni kartı”ndan istifadə etmək imkanları aradan qalxacaq. 

Bütün bunların fonunda isə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Nyu-Yorkda görüşün keçirilmə ehtimalı da var. Liderlər hansısa məsələləri müzakirə edə və bəzi suallarla bağlı razılaşma əldə edə bilərlər”.

Zəlimxan Məmmədli vurğulayıb ki, Bakı ilə İrəvan arasındakı münasibətlərdə gəlişmələr müsbətə doğru gedir:

“Bu da regionun gələcək rifahının təmin olunmasına gətirib çıxaracaq. Bu görüş də onlara təkan verən amillərdən biri ola bilər. Ümumiyyətlə, Paşinyanın erməni xalqını böyük fəlakətlərdən xilas edən bir lider kimi tarixə düşəcəyini düşünürəm. Onun Azərbaycana münasibəti, ölkəmizə və Türkiyəyə qarşı əsassız iddialardan imtina etməsi kimi pozitiv addımları var.

Əslində, Paşinyanın bu ritorikası həm Ermənistanın dövlət olaraq var olmasını, həm də Azərbaycan və Türkiyə ilə kommunikasiya imkanlarının yaranmasına, dolayısı ilə erməni xalqının rifah halının yaxşılaşmasına səbəb olacaq. Bütün hallarda, iki dövlət arasında təmasların daha da inkişaf etməsi proqnozlaşıdırılır”.

Onun sözlərinə görə, Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyev amerikalı həmkarı Donald Tramp ilə görüşə bilər:

“Prezidentlərin rəsmi və ya qeyri-rəsmi formada görüşmə ehtimalı var. Həmçinin, Donald Tramp İlham Əliyev və Nikol Paşinyanı birlikdə də qəbul edə bilər. Mənə elə gəlir ki, ABŞ lideri bu şansı əldən verməməlidir. Çünki ona ən ciddi dvident gətirəcək məsələlərdən biri məhz Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Nyu-York ABŞ BMT

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri