Icma.az
close
up
RU
“O baxımdan “Hayduk”un üstünlüyü var” Rəşad Sadıqov

“O baxımdan “Hayduk”un üstünlüyü var” Rəşad Sadıqov

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hər bir komandanın güclü və zəif tərəfləri var. Necə ki, onların, eləcə də bizim. Lakin təəccübləndirən tərəflərdən biri odur ki, “Hayduk”un ispan baş məşqçisi komandanın oyun fəlsəfəsini tamamən dəyişib. Futbolçular daha intizamlı, daha istəklidirlər. Bunu ilk oyundan hiss etmək olurdu. Hər iki komanda mərhələni keçmək istəyir. Düşünürəm ki, səfərdə bizi maraqlı oyun gözləyir”.

525.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Hayduk”a qarşı UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Bu gün səfərə yollanan paytaxt təmsilçisinin baş məşqçisi hava limanında “CBC Sport”un suallarını cavablandırıb. 

43 yaşlı mütəxəssis ehtiyat qüvvə baxımından Xorvatiya təmsilçisinin daha üstün olduğunu vurğulayıb: “Hazırda komandaların heç biri fiziki cəhətdən ideal formada ola bilməz. Mövsümün ikinci oyununa çıxırıq. Bakıdakı görüşün ikinci hissəsində də gördük ki, dinamika düşmüşdü. Bu da mövsümün əvvəli olması, eləcə də hava şəraiti ilə bağlıdır. Belə məqamda artıq ehtiyat qüvvə işə düşür. O baxımdan da rəqibin üstünlüyü var. İştirak ərizələri daha genişdir, üstəlik, 4-5 yetirmələri əsas heyətdə oynayır. Həmçinin zədəlilərimiz də var. Bir sözlə, ehtiyat qüvvə rəqibdə daha güclü görünür. Lakin əlimizdə olan imkanlarla ən yaxşısını etməyə çalışacağıq”.

Sadıqov Bakıdakı ilk oyundan “Hayduk”dan geri qalmadıqlarını söyləyib: “Keçən mövsümdəki uğurlu çıxışımız futbolçularda özünəinamı daha da artırıb. Bakıdakı matçın ilk hissəsində də bunu gördük. Demək olar ki, rəqibə meydan boyu başını qaldırmağa imkan vermirdik. Lakin fasilədən sonra fərqli oyun getdi. Deməzdim rəqib daha yaxşı oynadı, sadəcə hər iki komandanın pressinqi aşağı düşdü. Son 10-15 dəqiqədə üstünlüyü ələ aldıq. Qola yaxın olan tərəf biz idik. Bir-birinə qarşı iki layiqli rəqib mübarizə aparır. İlk matç göstərdi ki, hər iki komanda digərini yaxşı analiz edib”.

Xatırladaq ki, Bakıda “Zirə” və “Hayduk” arasında baş tutan ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Xorvatiyada keçiriləcək cavab qarşılaşması iyulun 31-i Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://525.az
archiveBu xəbər 29 İyul 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri