Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

“O, çox güclü bir liderdir, işini çox yaxşı görür”

“O, çox güclü bir liderdir, işini çox yaxşı görür”

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Misirdə Azərbaycan Prezidenti İlham Əliyevi belə dəyərləndirdi

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitinə dəvət olunması bir çox mətləblərdən xəbər verir. Bir halda ki, söhbət sülhdən gedir, Azərbaycanın bu məfhumda rolu böyükdür. Əlbəttə ki, belə qənaətə gələrkən vurğulanmalı bəzi məqamlar var.

“Biz Cənubi Qafqazda sülh qurmalıyıq”. Bu fikri Prezident İlham Əliyev bu il martın 13-də XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında səsləndirmişdi. Lakin ölkəmizin liderinin bu anlamda daha təsirli çıxışlarının olduğunu bilirik. İlham Əliyev Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra xalqa müraciətində demişdi: “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!”.

Qeyd edək ki, Prezident İlham Əliyev xalqa müraciətində, həmçinin Azərbaycanın və Ermənistanın öz aralarında olan məsələləri tənzimləyəcəyinə, sülh müqaviləsi imzalayacağına və Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlarına ümidlərin olduğunu da bildirmişdi. Doğrudur, antiterror tədbirlərindən sonra da İrəvanın sülhə gəlməsi o qədər rəvan olmadı. Bununla belə, dövlətimizin başçısının səsləndirdiyi fikirlərin reallığa çevrildiyini söyləmək mümkündür.

Sözümüz ondadır ki, Azərbaycan sülh yaratmağa müvəffəq olmuş ölkədir və məsələyə mövcud prizmadan yanaşsaq, dövlətimizin başçısının dünyanın mühüm sülh sammitinə dəvətində ciddi məntiq var. Bu məntiqin digər siyasi cəhətlərinə nəzər salmaq üçün deyək ki, Rusiya barışın artıq qərarlaşdığı Cənubi Qafqaz regionu ilə tarixi bağlılıq tellərinə malikdir. İndiki durumda bu tellərin hansı şəraitdə və necə yaranmasının əhəmiyyəti yoxdur. Əlbəttə, tarixi bağlılıq Moskvaya regiona ənənəvi rus imperializminin pəncərəsindən baxmağa da əsas verə bilməz.

Hər bir halda, Rusiyanın Cənubi Qafqazdakı varlığı nəzərə alınmalıdır. Lakin ötən müddətdə yaşanan proseslər göstərir ki, Qərbin bəzi dairələri regionu ikinci anti-Rusiya cəbhəsinə çevirmək istədilər. Onlar bunun üçün məlum təyyarə olayı səbəbilə Bakı və Moskva arasında yaranmış gərginlikdən faydalanmağa çalışdılar, habelə Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmada anti-Rusiya motivləri qabartmağa cəhd göstərdilər. Əlbəttə, məsələnin qoyuluşu və mahiyyəti heç də belələrinin hesabladıqları kimi olmadı və ola da bilməzdi.

Mövcud dolaşıq siyasi labirintdə Ermənistanla bağlı hər şey aydındır. Ölkənin hakimiyyəti anti-Rusiya ovqatına köklənib və bu kökləniş 2018-ci ildə baş nazir Nikol Paşinyan komandasının iqtidara yiyələnməsindən sonra özünü ən müxtəlif fazalarda göstərməkdədir. Azərbaycana gəldikdə, ölkəmiz hər zaman balanslı siyasət yürüdüb və bu siyasətinə sadiqdir. Haqqında söz açdığımız gərginliyə gəlincə, onu yaradan Rusiya oldu. Ölkə ötən on ayda təyyarə olayı xüsusunda obyektiv mövqe nümayişini ləngitdi. Əslində, bu yolla Kremlin nəyə nail olduğu da qeyri-müəyyəndir...

Bəli, özünün balanslı siyasətinə sadiq qalan Azərbaycan Rusiya ilə münasibətlərdəki gərginliyə baxmayaraq, Cənubi Qafqaz gündəmini Kremlsiz təsəvvürə gətirmədi. Prezident İlham Əliyev, ümumən ölkəmizin iqtidar təmsilçiləri Vaşinqton görüşündən sonra da Rusiyanı sülhün dividendlərinə, belə demək mümkünsə, ortaq edən mesajlar verdilər. Dövlətimizin rəsmiləri müxtəlif açıqlamalarında həm Rusiyanın, həm də İranın regional kommunikasiyalardan, daha doğrusu, Zəngəzur dəhlizinin (TRIPP) timsalında, “Tramp marşrutu” kimi leqallıq qazanmış bağlantı layihəsindən götürəcəyi faydanı diqqətə çatdırdılar.

Yəni tam əminliklə deyə bilərik ki, Azərbaycan amili, mahiyyətcə, Qərb, Rusiya və İran arasında birləşdirici, yaxud tənzimləyici rol oynadı. Ancaq məsələyə ziddiyyət yox, rasionallıq bucağından yanaşsaq, Azərbaycanın sülhə əsaslanmış bu gündəliyi Qərbə də sərfəlidir və görünür, bunu anlayanlar tapıldı. Nəzərə alaq ki, Cənubi Qafqazda regional kommunikasiyaların açılması bütövlükdə dünya üçün vacibdir. Əlbəttə ki, Rusiyanın hegemon rol oynamayacağı təqdirdə. Rusiya da prosesdə maraqlıdır. Ukraynada müharibənin davam etdiyi və nə zaman bitəcəyinin qeyri-müəyyən olduğu bir dönəmdə ölkə əlavə nəfəsliyə ehtiyac duyur. O nəfəsliyə ki, onun bağları Qərbin əlində olmasın.

Nəticəyə gəlirik ki, Azərbaycanın sülh gündəliyi Cənubi Qafqazı ayrıca platformaya çevirir. Mövcud platformada ölkəmiz, müəyyən mənada, regional qarantyor ampluasındadır. Qarantyorun iki şərti var. Birincisi, Qərb Rusiya ilə ziddiyyətlərinin davamını istəyirsə, onu başqa müstəvidə axtarmalıdır, Cənubi Qafqazda yox. İkincisi, Moskva Qərbə qarşı inad göstərməkdə israrlıdırsa, bunu heç bir halda Cənubi Qafqazda etməməlidir. Nəhayət, Azərbaycanın istədiyi budur ki, Cənubi Qafqaz bütün konfrontasiyalardan uzaq iqtisadi platforma olsun. Bu platforma özündə Qərbə və Kremlə bərabər ədalətli şərtlər altında mənfəətlə yanaşı, region xalqlarına asayiş və rifah gətirməlidir.

Sonda onu da deyək ki, Azərbaycan sülhü gücü hesabına əldə və diktə etmiş ölkədir. Şübhəsiz, bu, böyük bacarıq və səriştənin məhsuludur. Elə bir bacarıq və səriştənin ki, hazırkı beynəlxalq reallıqlara nəzər salsaq, bu, yalnız Prezident İlham Əliyevdə var. Dövlətimizin başçısını fərqləndirən ən böyük xüsusiyyət də elə budur və bu xüsusiyyət ali səviyyədə dəyərləndirilir. Deməli, Prezident Trampın Yaxın Şərq Sülh Sammitində dövlətimizin başçısını nəzərdə tutaraq “O, çox güclü bir liderdir, işini çox yaxşı görür” şəklində verdiyi mesaj yalnız xoş söz və ya iltifat deyil. Mesajın arxasında ölkəmizin liderinin əzmi və iradəsi, bütün mürəkkəb situasiyaları öz xeyrinə dəyişmək kimi müstəsna qabiliyyəti dayanır.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see263

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see242

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see230

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see204

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see155

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see152

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see142

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see140

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri