Icma.az
close
up
RU
O dəyən daş bizə dəysin, nəinki ölkə başçısına Siyavuş Novruzovdan ÇAĞIRIŞ

O dəyən daş bizə dəysin, nəinki ölkə başçısına Siyavuş Novruzovdan ÇAĞIRIŞ

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Deməli BBC Donald Trampın fikirlərinin səhv vermişdi. Dərhal məhkəməyə verdi və indi də məhkəmə çəkişmələri davam edir. Xaricdə oturub və heç bir məsuliyyət daşımayaraq bütün insanları təhqir etmək, onları mənəvi terrora qarşı məruz qoymaq doğrudan da Azərbaycan Respublikası Cinayət Məcəlləsində ən ağır maddə olmalıdır və bununla bağlı prokurorluq orqanları müəyyən işlər qaldırıblar. Hesab edirəm ki, bu daha da genişlənməlidir".

Redaktor.az-ın məlumatına görə, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bugünkü iclasında bildirdi.

"Həmin şəxslər Azərbaycana gətirilməlidir və qanun qarşısında cavab verməlidir. Hesab edirəm ki, elə şəxslərə qarşı birgə mübarizəmiz olmalıdır. Yəni "məndən ötdü qardaşıma dəydi" prinsipinə əsaslanmamalıyıq. Və biz yükü öz üzərimizə götürməliyik ki, dəyən yük, o dəyən daş bizə dəysin, nəinki ölkə rəhbərliyinə, ölkə başçısına. Və ona görə də bu məsuliyyət bizim üzərimizə düşməlidir.

Bir qrup insan hesab eləyir ki, mən danışsam, məni təhqir eləyəcəklər və insanlar oxuyacaqlar. İnsanlar oxuyur, başa düşür ki, bunların istifadə elədiyi ifadələr evlərində, valideynləri qarşısında ailələrində istifadəyə etdiyi ifadələrdir. Yəni o tərbiyənin nümayəndələridirlər. Bunu o çıxışını onun həyat yoldaşı, bacısı oxuyur. Ona görə də o cür ifadələrin işlətməklə insanların hissiyatına toxunmaq istəyirsə, birinci elə öz hissiyatına toxunmalıdır.

İkinci məsələ, bu gün əlinə qələm alan kimi birinci Milli Məclisin deputatından yazıb məşhurlaşdırmaq əhval ruhiyyəsinə düşənlərdir ki, mən hesab edirəm ki, bunlar haqqında da ölçü götürülməlidir ki, onlar yolunu azmasınlar. Düzgün tərbiyə olunmurlar. Əgər jurnalistliyi seçirlərsə, düzgün jurnalistliyi seçsinlər. Üçüncüsü isə televiziya kanallarında göstərilən seriallar, verilişlərdir ki, buna aidiyəti qurumlar cavabdehlik daşıyır və hesab eləyirəm ki, orda olan o mənəvi terroru aradan qaldırmağa bunların imkanı çata bilər", - deyə o, əlavə etdi.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Dekabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri