Icma.az
close
up
RU
Onların maaşı çox aşağıdır Siyavuş Novruzovdan ÇAĞIRIŞ

Onların maaşı çox aşağıdır Siyavuş Novruzovdan ÇAĞIRIŞ

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İndiyə qədər 400-dən artıq vətəndaşımız mina partlaması nəticəsində əziyyət çəkib, ya həlak olub, ya şikəst olub. Ermənistanın Azərbaycana mina xəritələrinin verməməsi nəticəsində bu gün minaların təmizlənməsi prosesi uzanır. Və təxminən 25%-ə qədər mina xəritələri təqdim olunub. Onlar da qeyri-realdır, qeyri-düzgün olmayan mina xəritələridir. Və bundan sonra yeni basdırılan minaların da xəritələri ümumiyyətlə təqdim olunmayıb".

Redaktor.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu günkü iclasında "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı bildirdi.

O, hesab edir ki, Ermənistan-Azərbaycan arasında istiləşən münasibətdən istifadə edib, mina xəritələrinin təqdim olunması məsələsinə bir daha qayıtmaq lazımdır:

"Çünki bu həddindən artıq Azərbaycan üçün ziyanlı bir məsələdir. Orada mina təmizləmək işləri ilə məşğul olan insanların həyatı daim təhlükə qarşısındadır. O ərazilərə vətəndaşlarımızın qayıtması, orada tikinti, abadlıq, quruculuq işlərinin aparılması üçün şərait demək olar ki, yoxdur. Birinci növbədə, minalar təmizlənməlidir. Bundan əlavə, burada biz indi kənd təsərrüfatı ilə bağlı da müəyyən qanun layihəsinə toxunduq. Orada kənd təsərrüfatına yararlı olan torpaqlardan istifadə etmək qeyri-mümkündür. Çünki minalardan tam şəkildə təmizlənməyib. Bu ən çətin iş işlərdən biridir. Demək olar ki, bu insan hər gün ölümlə qarşılaşır və ölümlə üz-üzə gedir. Bu baxımından da biz bütün texnikaların müxtəlif dövrlərdə gəlir vergisindən, gömrük vergisindən azad elədik,  bu sahədə çalışan insanların da vergidən azad olunması və yaxud da onları əlavə güzəştlərin verilməsi yerində olardı. Çünki onların maaşı o qədər də çox yüksək deyil. Və ikinci tərəfdən də onlara dəymiş ziyanın sonradan ödənilməsi, kompensasiyanın alınması da və o qədər böyük məbləğdə nəzərdə tutulmayıb".

Siyavuş Novruzov qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə mina təmizləmə, gündəlik sursatla bağlı çağırışlara gedən insanların əmək haqqıları çox aşağıdır:

"Onların sosial müdafiələri də qaydasında deyil. Ona görə də bu sosial müdafiə məsələsinə biz ciddi şəkildə fikir verməliyik. İndi bu birinci oxunuşdadır, birinci oxunuşda biz bunu qəbul eləyəcəyik. Amma gələcəkdə biz elə qanun layihələri təqdim olunduqda mən hesab edirəm ki, birinci növbədə orada insan nəzərdə tutulmalıdır. Ondan sonra texnika, digər məsələlər olmalıdır".

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Dekabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri