O diplomatı şəxsən tanıyıram: Bakının şərti icra edilə bilər Elmar Məmmədyarov
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Təcrübəli türk diplomat, səfir Firudin Sinirlioğlunun ATƏT-in yeni baş katibi seçilməsi bir neçə aspektdən önəm dəyərləndirilir. Onun Qərb-Azərbaycan münasibətlərinə, eləcə də Bakı-İrəvan təmaslarına hansı formada təsir edəcəyi maraq doğuran məsələlərdəndir.
Globalinfo.az-a danışan keçmiş xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in yeni baş katibi Firudin Sinirlioğlunu yaxşı tanıdığını bildirib:
“90-cı illərdə onunla Nyu-Yorkda birlikdə işləmişik. Çox pozitiv insan, həmçinin tanınmış diplomat, siyasətçidir. Belə mühüm bir vəzifəyə türkəsilli bir şəxsin təyin edilməsi önəmlidir. Hesab edirəm, bu təyinat həm ATƏT, həm də Türkiyə üçün müsbət hadisədir”.
E.Məmmədyarov ATƏT və Aİ-dəki dəyişikliklərin mövcud Qərb-Azərbaycan soyuqluğuna təsirindən danışıb:
“Bu, mümkündür. Baş katibdən çox şey asılıdır, lakin hər şey yox. Rəsmi Bakının gözləntiləri var. Məsələn, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Məntiqlə Qarabağ münaqişəsi həll olunub, bu quruma ehtiyac yoxdur. Yəqin ki, baş katib bu məsələdə addımlar atacaq. Bununla belə, ATƏT-də qərarlar konsensusla qəbul olunur. İlk növbədə, Ermənistan da buna razılıq verməlidir. Bu istiqamətdə proseslərin sürətlənməsi mümkündür”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 10 Dekabr 2024 07:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















