Icma.az
close
up
RU
“O, əla iş adamıdır... Tramp qudasına vəzifə verdi

“O, əla iş adamıdır... Tramp qudasına vəzifə verdi

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp vergi qaçaqmalçılığı səbəbilə məhkum olunmuş qudası Çarlz Kuşneri ABŞ-nin Fransadakı səfiri vəzifəsinə təyin edib.

“AzPolitika” xəbər verir ki, Kuşnerin namizədliyi Senat tərəfindən 51-ə qarşı 45 səslə təsdiqlənib və o, rəsmi olaraq Parisdə ABŞ-nin səfiri postuna gətirilib.

Qeyd edək ki, Çarlz Kuşner, Trampın qızı İvanka Trampla evli olan kürəkəni Kared Kuşnerin atasıdır. Kared Kuşner Trampın prezidentliyinin ilk dövründə Yaxın Şərq siyasətində əsas müşavirlərindən biri olub.

Yeni səfir yalnız Fransa deyil, eyni zamanda Monakoda da ABŞ-ni təmsil edəcək. Diqqət çəkən məqamlardan biri də odur ki, onun diplomatik missiyası, ABŞ-Fransa münasibətlərində gərginliyin yaşandığı bir dövrə təsadüf edir.

Qeyd edək ki, əmlak sahəsində uzun illər fəaliyyət göstərmiş və keçmiş hüquqşünas olan 71 yaşlı Kuşner, 2004-cü ildə vergi qaçaqmaçılığı və digər maliyyə cinayətlərinə görə həbs olunub. Donald Tramp 2020-ci ilin sonunda prezidentlik müddətinin bitməsinə az qalmış onu əfv etmişdi.

Bu barədə “Truth” sosial media hesabından paylaşım edən Tramp qudası ilə bağlı bunları yazıb:“Kuşner ölkəmizin maraqlarını güclü şəkildə təmsil edəcək. O, əla iş adamı və xeyriyyəçidir”.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 May 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri