Icma.az
close
up
RU
“O gün olacaq ki, Novruzu Şuşada keçirəcəyik”

“O gün olacaq ki, Novruzu Şuşada keçirəcəyik”

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bayram günlərində AZTV-nin efirində mərhum prezident Heydər Əliyevin işğaldan azad edilmiş rayonlar barədə illər əvvəl etdiyi çıxışdan parça böyük diqqət çəkib.

Bu çıxışında mərhum prezident Heydər Əliyev işğal altında olan rayonların adlarını bir-bir çəkir və onların hökmən azad ediləciyini vurğulayır.

Sosial şəbəkədə bu çıxışın nə zaman edildiyi barədə suallar səslənib.

Azpost.info bildirir ki, bu, Prezident Heydər Əliyevin 1998-ci martın 20-də Mərdəkandakı “Abşeron” sanatoriyasında Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün keçirilən bayram şənliyində nitqindədir.

H.Əliyev bu görüşdə ölkədəki siyasi vəziyyətlə bağlı danışıb, Dağlıq Qarabağla bağlı aparılan sülh danışıqlarının detallarını açıqlayıb: “Bizim hamımızın bir müqəddəs arzusu vardır. O da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır.

Bu gün, bayram günü əmin olduğumu bildirmək istəyirəm ki, biz bu arzumuza mütləq çatacağıq. İşğal edilmiş torpaqlarımızın hamısı azad olunacaq, nəyin bahasına olursa-olsun azad ediləcəkdir. Siz yenidən böyük evlərin, mülklərin, torpaqların sahibi olacaqsınız və xoşbəxt yaşayacaqsınız”-deyə dövlət başçısı arzusunu dilə gətirir.

H.Əliyev bildirir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində 1923-cü ildə bir muxtar vilayət kimi yaranandan sonra erməni millətçiləri, erməni ekstremistləri bir neçə dəfə Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək cəhdləri göstərmişlər: “Yaxşı xatirimdədir, mən işlədiyim dövrdə, 60-70-ci illərdə belə hallar baş vermişdi. Ancaq hər dəfə biz bunun qarşısını ala bilmişdik. Mən sizə açığını deyirəm, bu heç də Dağlıq Qarabağda yaşayan bütün ermənilərin fikri deyildi. Bu, millətçi, ekstremist erməni dəstələrinin fikri idi. Onlar vaxtaşırı gəlib bu fikirləri Dağlıq Qarabağın içərisində yayırdılar və nadürüst, millətçi, ekstremist fikirli bəzi insanları qızışdırıb ortaya salırdılar. Ancaq biz bunların qarşısını dəfələrlə almışıq. Özü də çox məharətlə, rahatlıqla qarşısını almışıq və Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamışıq”.

H.Əliyev qeyd edir ki, 1988-ci ildə Azərbaycanın başında duran adamlar heç olmasa keçmiş illərin təcrübəsindən istifadə edə bilmədilər və bu münaqişə baş verdi: “O vaxt Sovetlər İttifaqının rəhbərliyində olan bəzi şəxslər, o cümlədən Qorbaçov ermənilərə havadarlıq edib və Azərbaycanın başında duranların qeyrəti, kişiliyi, iradəsi çatmayıb ki, millətimizin, xalqımızın, respublikamızın hüquqlarını qoruya bilsinlər. Ancaq sonrakı illərdə bunun qarşısını almaq mümkün idi. Görəsən səbəb nə idi ki, bunun qarşısı alınmadı? Çünki sonrakı illərdə yığışıb, cəmləşib, Azərbaycanın bütün qüvvələrini bir yerə toplayıb torpaqlarımızı, vətənimizi müdafiə etmək əvəzinə, ayrı-ayrı dəstələr, şəxslər bu fürsətdən istifadə edib öz şəxsi məqsədlərini həyata keçirməyə çalışdılar. Bunlar isə bizim xalqımıza, millətimizə çox baha başa gəldi. Nəticədə Azərbaycanın tək Dağlıq Qarabağ ərazisi yox, Dağlıq Qarabağın ətrafındakı bir neçə rayonları da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu”.

H.Əliyev vurğulayır ki, onun bütün xarici ölkələrin nümayəndələri ilə keçirilən görüşləri, səfərləri, apardığı danışıqlar yalnız bir məsələyə – Azərbaycanın torpaqlarını Ermənistanın işğalçı qüvvələrindən azad etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir: “Deyə bilərəm ki, ötən müddət ərzində xeyli dəyişikliklər olubdur. Doğrudur, biz hələ əsas məqsədimizə nail ola bilməmişik. Amma biz artıq sübut edə bilmişik ki, Ermənistan təcavüzkardır. Sübut edə bilmişik ki, Azərbaycanın torpaqları işğal edilibdir, bu münaqişənin günahkarı biz deyilik”.

Daha sonra mərhum prezident Qarabağla bağlı aparılan sülh danışıqlarına toxunur və ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərin-Rusiya, Fransa və ABŞ-ın 1997-ci ildə verdiyi təkliflərdən danışır: “Bu təkliflər məsələnin iki mərhələdə həll edilməsini nəzərdə tuturdu. Birinci mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonlarının işğalçı dəstələrdən azad olunması, bu rayonların sakinlərinin öz yerlərinə, yurdlarına qayıtması, Ermənistanla Azərbaycan arasında olan kommunikasiyaların bərpa edilməsi təklif olunur.

İkinci mərhələdə isə Laçın və Şuşa rayonlarının işğalçı dəstələrdən azad edilməsi və Dağlıq Qarabağa Azərbaycan Respublikasının, dövlətinin tərkibində özünüidarəetmə statusu verilməsi nəzərdə tutulur.

Bu, Lissabon prinsipləri əsasında, ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında yaranmış bir təklifdir. O prinsiplərdə üç bənd vardır. Birincisi, Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması. İkincisi, Dağlıq Qarabağa Azərbaycanın tərkibində özünüidarətemə statusu verilməsi. Üçüncüsü, Dağlıq Qarabağın bütün əhalisinin – həm erməni, həm də azərbaycanlı millətindən olan əhalisinin təhlükəsizliyinin təmin olunması. ATƏT-in Minsk qrupunun həmsədrləri ötən ilin sentyabrında bu prinsiplər əsasında təkliflər hazırladılar və təqdim etdilər. Biz bunu qəbul etdik”.

H.Əliyev bildirir ki, bu da bizim üçün tam, bizi təmin edən bir təklif deyil.  Ancaq məsələni həll etmək üçün mümkün olan bütün təkliflərdən ən əlverişlisidir. Biz ona görə də kompromisə gedirik:

“Məsələn, fevralın 3-də istefaya getmiş prezident Levon Ter-Petrosyan bu prinsipləri qəbul etdi. Hətta keçən il oktyabr ayının 10-da Fransanın Strasburq şəhərində görüşərkən hər iki prezident – Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanat verdik ki, biz bu prinsipləri qəbul edirik və bunların əsasında məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Ancaq Ermənistanda mürtəce qüvvələr bunun əleyhinə çıxdılar. Bütün bunlar bu il fevralın əvvəlində prezident Levon Ter-Petrosyanın istefaya getməsi ilə tamamlandı”.

H.Əliyev sülh danışıqlarında böyük maneələri aradan qaldıraraq irəlilədiklərini vurğulayır: “Biz öz ərazilərimizin bütövlüyünü bərpa edəcəyik. Arzu edirəm ki, işğal edilmiş bütün torpaqlarımız tezliklə azad olunsun, biz yenidən Şuşaya gedək”.

Prezident daha sonra 1982-ci ildə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışını xatırladır və onun üçün unudulmaz gün olduğunu bildirir: “Arzu edirəm ki, sizinlə birlikdə yenidən Şuşaya gedək. İnanıram ki, biz gedəcəyik. Buna inanın. Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Ona görə də Şuşa təkcə yaşayış məkanı deyildir. Şuşa bizim milli rəmzimizdir, mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da əzizdir. Laçın Azərbaycanın ən yüksək dağları, gözəl, səfalı meşələri, bulaqları, çayları olan bir diyarımızdır. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, məkan, bağ-bağat, gözəl yer, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, çeşmələri, İstisuyu – biz onlarsız heç vaxt yaşaya bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz təsəvvür edə bilmərik. Bu gün Novruz bayramını bir yerdə keçiririk. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

H.Əliyev qeyd edir ki, bütün çətin proseslərdən keçərək Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamışıq: “Bizim ən böyük nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur, demokratiya bərqərar olur, insanlara azadlıq verilibdir. Hərə öz fikrini deyə bilir və fikir, söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı tamamilə təmin olunubdur. Biz bu yolla gedirik və gedəcəyik. Bunun nəticəsində də Azərbaycanda sağlam bir cəmiyyət formalaşıbdır”.

“Azərbaycan” qəzeti, 24 mart 1998-ci il.

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 Mart 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri