Icma.az
close
up
RU
O, hotel pəncərəsindən Qənimətlər Parkına baxarkən stres keçirib Hikmət Hacıyev

O, hotel pəncərəsindən Qənimətlər Parkına baxarkən stres keçirib Hikmət Hacıyev

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olmuş konqresmen Frenk Pallone və senator Ed Markiyə sərt cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.

“Konqresmen Frenk Pallone və senator Ed Marki Bakıya səfərlərindən sonra ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər.

(I)

1. Senator Ed Marki ilə onun xahişi ilə görüşdüm.

2. Ona xatırlatdım ki, Ermənistanın Azərbaycan xalqına qarşı Xocalı soyqırımından sonra ABŞ Konqresi ədalətsiz olaraq 907-ci Düzəlişi qəbul edib.

3. Qeyd etdim ki, Ermənistanın 30 illik hərbi işğalı və bir milyondan çox azərbaycanlının etnik təmizlənməsi dövründə nə o, nə də həmkarları ədaləti xatırlamayıblar. Əksinə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü dəstəkləməyə davam ediblər.

4. Vurğuladım ki, Ukraynada separatizmi dəstəkləyən (və qara siyahıya salınan) və çirkli pulların yuyulması ilə məşğul olan qanunsuz silah alverçisi və oliqarx Ruben Vardanyan da daxil olmaqla, separatçı hərbi cinayətkarların cinayətlərinin araşdırılması məntiqi nəticəyə çatdırılacaq və onlar ədalət qarşısında cavab verəcəklər.

5. Bildirdim ki, erməniəsilli sakinlər vətəndaşlıq üçün yalnız fərdi qaydada müraciət edə bilərlər və onların qayıdışı vətəndaşlıq verildiyi təqdirdə ölkəmizin qanunları çərçivəsində nəzərdən keçiriləcək. Lakin bu, yalnız qarşılıqlı və Ermənistandan qovulmuş yerli azərbaycanlı əhalinin qayıtmaq hüququnun tanınması ilə paralel ola bilər.

6. ABŞ-dəki erməni lobbisi siyasi cəhətdən toksik mühit yaratmağa davam edir. Onlar problemin bir hissəsidir. Onlara vəsait toplamaq üçün səbəb lazımdır.

7. Nümayəndələr Palatası və Senatın üzvlərinə erməni lobbisinin alətinə çevrilməkdən çəkinməyi tövsiyə etdim. Biz regionda Ermənistanla sülhə doğru addım-addım irəliləyirik. Lakin bəzi ABŞ qanunvericiləri erməni lobbisinin təhriki ilə regional sülhə mane olur, yerdəki reallığı qəbul etməkdən imtina edir və bizi keçmişə sürükləməyə çalışırlar.

(II)

Palloneyə gəlincə, görünür o, hotel pəncərəsindən yaxınlıqdakı Qənimətlər Parkına – Ermənistanın işğalçı ordusunun məhv edilmiş texnikasının nümayiş olunduğu yerə və Prezident İlham Əliyevin noyabrın 8-də açılışını etdiyi Zəfər Parkına baxarkən psixoloji və əqli stres keçirib. Bəlkə də bu onun illər boyu Azərbaycan xalqına qarşı dəstəklədiyi ədalətsizliklərə görə ilahi cəzadır. Prezident İlham Əliyev digər Konqres üzvlərindən fərqli olaraq Pallone ilə görüşmədi. Pallone belə bir audiensiyaya layiq deyil.

Mən də görüşdə iştirak etmək şərəfinə nail oldum. Görüş çox konstruktiv ruhda keçdi. Pallonenin erməni lobbisinə məruzə etdiyi məsələlərin heç biri görüşdə qaldırılmadı. Pallone yenə və yenə də yalan danışır. Onun Azərbaycanda şou düzəltmək cəhdi uğursuz oldu. Vətəndaşlar, o cümlədən məcburi köçkünlər, şəhid ailələri və vətəndaş cəmiyyəti nümayəndələri dinc toplaşmaq hüquqlarından istifadə edərək dinc etiraz aksiyası keçirdilər. Jurnalistlər ondan erməni lobbisindən nə qədər pul aldığını soruşdular. Bu, Pallonenin təşvişinə səbəb oldu. Real hekayənin sonu budur.

“İnsanlar heç vaxt ovdan, müharibədən və ya seçkidən əvvəlki qədər çox yalan danışmırlar”, – o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 02:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see252

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see214

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see212

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see199

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see177

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see145

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see140

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see131

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see131

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see129

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see127

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see126

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see126

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see126

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see125

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see125

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see124

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see123

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see122

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri