“O, indi güclü türk dünyasının eşqi ilə axtarışa çıxıb...”
Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Orta Asiya mənim üçün reallıqdan başqa ronmatikadır. Türküstan bozqırlarına səpələnmiş yurtlarda tariximizin bir elementini axtarmaq keçmişə duyulan həsrətdən başqa, çox şeydir.İndi dünya dəyişib, Qırğızıstan özünü Azərbaycanın əmin əllərinə əmanət etməyə hazırlaşır, müttəfiqlik özünün ən dərin qatlarına enir, iki dövlət Şərqi Qərbə bağlamağa hazırlaşır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
“Orta Asiyanın unudulmaz incisi Qırğız ellərinin Aytamtov kimi nəhəngin irsinə və məzarına sahiblik edir, Manasın mənəvi dünyasına boylanırıq.Sevgi dolu görürəm oraları.Bir də Platonovun "Can" əsərindəki bir türkmən gəncin Xəzər ətrafındakı, Sarıqamış çökəkliyindəki doğma tayfasını tapmaq üçün göndərildiyi proseslərdən təsirlənirəm. Nayman ana çox dəyişib, Çaqatay da artıq Moskvadan getmir, o indi güclü türk dünyasının eşqi ilə axtarışa çıxıb, üzü Tanrı dağlarına”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 01 Sentyabr 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















