O ki qaldı Anarın arabada sosial şəbəklərdə yayılan şəklinə... Rəşad Məcid yeni foto yaydı
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bu, Anardır! Azərbaycanın qürur duyacağı böyük şəxsiyyət! 88 yaşında da kübar, sağlam, yaddaşı yerində, yazıb-yaradan, səfərlərə gedən, yorulmadan çalışan Anar. Bu şəkil (Foto aşağöıda paylaşılıb - Mia.az) 3 noyabrda Azərbaycan Milli Elmlər Akademiyasının yubileyindən çıxanda çəkilib. Akademik Zemfira Səfərova AMEA-nın yubiley medalıyla təltif olunmuşdu. Anar kübarcasına həyat yoldaşının qoluna girib maşına sarı gəlirdi. O ki qaldı Anarın arabada sosial şəbəklərdə yayılan şəklinə, özü ilə indicə danışdım, dedi ki, bir müddət əvvəl ayağım ağrıyanda klinikaya gedəndə çəkilib".
Mia.az xəbər verir ki, bu Yazıçılar Birliyinin katibi Röşad Məcid sosial media hesabında yazıb.
Onun sözlərinə görə, səfərlərdə olarkən İstanbulun uzun aeroportunda hava alanının bu xidmətindən ara-sıra istifadə edib Anar:
"Özünün dediyinə görə qocalıq, şəkər xəstəliyi birinci ayaqdan başlayıb.
Anar müəllim bir azdan işdə olacaq, narahat olanlar Azərbaycan Yazıçılar Birliyinə gəlib Anar müəllimə şəkil çəkdirə bilərlər!
Allah Anar müəllimə cansağlığı, sağlam ömür versin, yazıb-yaratmaq şövqü heç zaman tükənməsin!".
Xatrladaq ki, bu gün saytlarda Anarın əlil arabasında fotoları yayılıb.
Ləman
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 17 Noyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















