O layihədən Trampın oğulları 20 faiz pay alacaq
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın oğullarına qismən məxsus olan şirkətə investorlar Qazaxıstanda volfram mədən layihəsi ilə əlaqəli bir şirkətdə 20% pay alıblar.
“Cebheinfo.az” xəbər verir ki, bunu "New York Times" qəzeti yazıb.
Qəzetin məlumatına görə, ötən ilin sentyabr ayında Amerika tərəfi, yəni ticarət katibi Hovard Latnik şəxsən və Prezident Donald Tramp telefonla Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə danışıblar. Söhbət əsnasında az tanınan bir Amerika şirkətinə dünyanın ən böyük işlənməmiş volfram ehtiyatlarından birinə giriş imkanı vermək barədə razılıq əldə edilib:
"Tramp və Latnik fürsəti görən tək insanlar deyildilər. Onların oğulları tezliklə atalarının danışıqlar apardığı müqavilədə tərəfdaşlarla iş görməyə başladılar".
Hesabata görə, ABŞ Prezidentinin iki böyük oğlu Donald Tramp Jr. və Erik Trampa qismən məxsus olan Dominari Securities şirkətinə investorlar digər tərəfdaşlarla birlikdə Qazaxıstan layihəsi ilə əlaqəli korporativ strukturda 20% pay alıblar.
Qəzet, həmçinin qeyd edir ki, Latnik ailəsinə məxsus və oğulları Brandon və Kyle tərəfindən idarə olunan investisiya şirkəti “Cantor Fitzgerald” Qazaxıstan sövdələşməsi üzərində “Dominari” ilə birgə işləyir. Şirkət Qazaxıstandakı struktur üçün 210 milyon dollar toplamağa kömək edib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 29 İyun 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















