O mahnı bacımın məzarı üstündə yaranıb, yaramdır, DƏYMƏYİN!
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xalq artisti Könül Xasıyeva canlı efirdə etdiyi duyğusal açıqlama ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, xanəndə həmkarlarına müraciət edərək məşhur mahnılarından biri ilə bağlı xahişini dilə gətirib.
Sənətçi bildirib ki, "Sən gedəndən iki gözüm ağlar qalıb" sözləri ilə başlayan mahnının həm söz, həm də musiqi müəllifi özüdür. Könül Xasıyeva həmin əsərin onun həyatı ilə bağlı ağır bir ağrı üzərində yarandığını deyib:
"Mən dəfələrlə demişəm ki, o mahnı dünyadan vaxtsız, 39 yaşında gedən bacımın məzarı üstündə yaranıb. Həmin mahnını ilk dəfə elə oradaca ifa etmişəm".
Xalq artisti qeyd edib ki, çox sayda müəllifi olduğu mahnılar var və ifaçılar onları sərbəst şəkildə oxuya bilərlər. Lakin sözügedən əsərin onun üçün xüsusi mənəvi yük daşıdığını vurğulayıb:
"Yazdığım mahnılarım çoxdur. Xahiş etmişəm ki, sosial şəbəkədə götürüb onları oxuyun, amma o mahnıya dəyməyin. O mənim yaramdır".
Xasıyeva həmin çətin dönəmdə mərhum şair Bəxtiyar Vahabzadənin sözləri ilə təsəlli tapdığını da bildirib.
Sənətçinin emosional açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox izləyici onun hisslərinə hörmətlə yanaşaraq paylaşımına dəstək ifadə edib.
Musa
Milli.Az
Baxış sayı:152
Bu xəbər 21 May 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















