Icma.az
close
up
RU
“O partidə iştirak etsəydim 50 min qazanacaqdım” Səmradan açıqlama!

“O partidə iştirak etsəydim 50 min qazanacaqdım” Səmradan açıqlama!

Olay.az saytına istinadən Icma.az xəbər verir.

“O partidə iştirak etsəydim 50 min qazanacaqdım” - Səmradan açıqlama!

“Miss Azerbaijan - 2019” Səmra Hüseynova həmkarı Mariya Kovalçuk adlı ukrayna vətəndaşının Dubayda ağır xəsarətlərlə (ayaqları, qolları və onurğası sınıb) yolun kənarında tapılması hadisəsinə münasibət bildirib.

OLAY yazır ki, podium ulduzu bununla bağlı instaqram səhifəsində post paylaşıb. 

Hüseynova bildirib ki, M. Kovalçuk kimi o da 4 il əvvəl Bakıda bu partilərə qoşulmaq üçün təklif alıb.

Səmra həmin görüşün təfərrüatlarını bu sözlərlə nəql edib:

“Ukraynalı modelə Dubayda təcüvüz olduqdan sonra iflic olub. Təsəvvür etmək istəmirəm neçə nəfər edib. 4 il əvvəl həmin bu partiləri təşkil edən Solomo adlı şəxs Dubaydan Bakıya gəldi, mənimlə iş görüşü etdi, dedilər səni seçmişik, sən artıq bir marka simasısan. Məni apardı “Sabah Residence”ə, “Port Baku”ya ki, ev götürsülər. Mən də qaraçı yapışmışdım ki, yox, kukla teatrına getmək istəyirəm. Gəldi anamla tanış oldu ki, narahat olmayın, gününə 4-5 min dollar qazandı, 2-3 aya 10-50 min dollar alacaq, həm partilərdə olacaq, həm də çəkiliş. Anam yaxasına yapışdı ki, mənə də bilet alırsız, qızımla bir evdə qalacam, dedilər yox, tək gəlməlidir, baxça deyil. 7 il əvvəl həmin şəxs mənə model agentliyi adından zəng vurmuşdu, keçmiş rəfiqəm onunla danışdı və mənə dedi ki, “Yox, getmə”. Ürəyimdə dedim, görəsən o bunlarla nə danışdı ki, bunlar mənə geri zəng etmədilər. 

Anam qoymadı, özümü çırpdım yerə, vurdum divara, anam dedi “Ya mən, ya Dubay”. Təbii ki, bir neçə dövlət xidmətində çalışan insanlarla gedib maraqlandım, onlar da dedilər “sənlik deyil”. İndi isə bu hadisə… Çox incidim, parçalandım. İnsan tikan üstə olanda, borc-xərc içində üzəndə, xəyalən düşünür ki, möcüzə baş verdi. Möcüzələr isə olmur…” 

Qeyd edək ki, bir neçə gün əvvəl ukraynalı model Mariya Kovalçuk ağır xəsarətlərlə yolun kənarında tapılıb: onun ayaqları, qolları və onurğası sınıb. Anasının və rəfiqəsinin sözlərinə görə, bir gün əvvəl qız naməlum kişiləri görmək üçün otelə tək gedib, bundan sonra o, ünsiyyətini dayandırıb. Sosial şəbəkə əhli Kovalçukun müntəzəm olaraq sosial şəbəkələrdə açıq-saçıq fotoşəkillər və “OnlyFans” platformasına +18 məzmunlu videolar yerləşdirdiyini aşkara çıxarıblar. Bu da onun “Porto Party”yaları adlanan gecə yığıncaqlarına (qızlara on minlərlə dollar ödənildiyi iddia edilən zorakılıq və pozğunluqla müşaiyət olunan VİP partilər) mümkün iştirakı ilə bağlı fərziyyələrə səbəb olur. Hadisə geniş ictimai rezonansa səbəb olub, hüquqşünaslar və Dövlət Dumasının deputatları məsələ ilə bağlı çıxış ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://olay.az
archiveBu xəbər 28 Mart 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri