O, son oyununu Türkiyəyə qarşı oynadı: Gizli planı ifşa oldu
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yunanıstan mətbuatının məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla tam həmrəyliyini açıq şəkildə nümayiş etdirsə də, pərdəarxası olaraq Vaşinqtonda Türkiyə və Səudiyyə Ərəbistanına F-35 satışını əngəlləmək üçün intensiv diplomatik lobbiçilik fəaliyyəti aparır.
Turkustan.az xəbər verir ki, Yunanıstanın aparıcı qəzetlərindən biri olan "Kathimerini" qəzeti İsrailin Baş naziri Binyamin Netanyahunun Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışını dayandırmaq üçün ABŞ-da gizli danışıqlar apardığını bildirib. Məqalədə Netanyahunun ABŞ Prezidenti Donald Trampla tam razılığını açıq şəkildə nümayiş etdirdiyi, lakin vacib məsələlərdə fikir ayrılıqlarını açıqlamamağı üstün tutduğu iddia edilib.
Qəzetin məlumatına görə, Trampın Qəzza ilə bağlı sülh planları və regional ölkələrlə imzaladığı bəyannamələr, adətən İsrail üçün qəbuledilməz olan məzmun ehtiva etsə də, Netanyahu tərəfindən açıq şəkildə rədd edilməyib. Bildirilib ki, bu mövqe iki lider arasında səthi bir harmoniya yaradıb, əsl mübarizə isə pərdəarxası şəkildə aparılıb.
Kathimerini yazıb ki, Trampın Türkiyə və Səudiyyə Ərəbistanına F-35 satmaqla bağlı müsbət mövqeyi İsraildə ciddi narahatlığa səbəb olub. Orada İsrail hökumətinin Yaxın Şərqdə F-35-lərə sahib olan yeganə ölkə olmaqla qazandığı keyfiyyətcə hava üstünlüyünü itirmək istəmədiyi vurğulanıb. Həmçinin qeyd edilib ki, Türkiyə təxminən 40 F-35-lə, Səudiyyə Ərəbistanı isə 48-lə maraqlanır.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 13 Dekabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















