Icma.az
close
up
RU
Türkiyəyə qarşı səssiz cəbhə: Qüds sammitinin gizli mesajları

Türkiyəyə qarşı səssiz cəbhə: Qüds sammitinin gizli mesajları

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqdə proseslər səngimək bilmir. HƏMAS və “Hizbullah”ın tərk-silah edilməsi, Bəşər Əsəd rejiminin devrilməsi, Qəzza müharibəsində nisbi atəşkəsə nail olunması bölgədə gərginliyi azaltmaq əvəzinə onu yeni mərhələyə keçirib. Region bu gün də “qaynar qazan” və “barıt çəlləyi” olaraq qalır. Çünki problem yalnız silahlı qruplar deyil, böyük və orta güclər arasında bitməyən nüfuz savaşıdır. Bu kontekstdə İsrail, Yunanıstan və Kipr arasında formalaşan yeni hərbi-siyasi əməkdaşlıq ayrıca diqqət tələb edir.

İsrail-Yunanıstan-Kipr üçlüyü: regional təhlükəsizlik, yoxsa Türkiyəyə qarşı balans

Qüdsdə keçirilən son sammitdə İsrailin Baş naziri Benyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Xristodulides arasında əldə olunan razılaşmalar formal olaraq müdafiə, terrorla mübarizə və enerji təhlükəsizliyi çərçivəsində təqdim olunsa da, əsas hədəfin Türkiyə olduğu gizlədilmir.

Netanyahunun “imperiyalarını bərpa etmək xülyası quranlara cavab” ifadəsi birbaşa Ankaraya ünvanlanmış siyasi mesajdır. Sammitdə birgə müdafiə əməkdaşlığının genişləndirilməsi, dəniz və enerji infrastrukturunun qorunması və ən diqqətçəkən məqamı isə 2500 nəfərlik çevik reaksiya qüvvəsinin yaradılması ideyası müzakirə olunub. Bu addımlar Şərqi Aralıq dənizində yeni təhlükəsizlik arxitekturasının formalaşdırıldığını göstərir.

Hərbi əməkdaşlıq: kağız üzərində razılaşma, yoxsa real güc?

Hazırda üç ölkə arasında əməkdaşlıq artıq praktiki mərhələdədir. Belə ki, İsrail-Yunanıstan birgə hava və dəniz təlimləri keçirir, Afina İsrail istehsalı olan PULS raket sistemləri və Barak MX HHM sistemlərinə maraq göstərir, yunan ordusunun “tarixinin ən böyük modernləşmə proqramı”nda İsrail silahları əsas yer tutur.

Bununla belə, İsrail rəsmilərinin özləri də vahid birgə hərbi qüvvənin yaradılmasına skeptik yanaşırlar. Bu isə göstərir ki, ittifaq daha çox siyasi-psixoloji təzyiq alətidir, real müharibə maşını yox.

ABŞ amili: Rusiya bəhanəsi, Türkiyə hədəfi…

Vaşinqton Yunanıstan və Kiprin hərbi potensialının gücləndirilməsini açıq şəkildə dəstəkləyir. Rəsmi izah Rusiya təhlükəsidir. Lakin reallıqda ABŞ Türkiyənin müstəqil regional siyasətindən narahatdır; Ankara Vaşinqtonun Yaxın Şərq və Şərqi Aralıq dənizi planlarına tam uyğun hərəkət etmir; İsrail-Yunanıstan-Kipr xətti ABŞ üçün Türkiyəni balanslama aləti rolunu oynaya bilər. Odur ki, bu gücün gələcəkdə Ankaraya qarşı yönəldilməsi ehtimalı istisna edilmir.

Avropa dilemması: İsrail liderliyində Aralıq dənizi istənilirmi?

Bununla yanaşı, Avropanın İsrailin liderliyində formalaşan bu ittifaqa tam dəstək verəcəyi o qədər də inandırıcı deyil. Avropa İttifaqı nə Yaxın Şərqdə, nə də Şərqi Aralıq dənizində İsrailin dominant gücə çevrilməsində maraqlı deyil. Avropa üçün əsas prioritet enerji təhlükəsizliyi, miqrasiyanın idarə olunması və regionda nəzarətsiz eskalasiyanın qarşısının alınmasıdır. Bu səbəbdən Brüssel balans siyasətini qorumağa çalışacaq.

Türkiyə faktoru: cavab gecikməyəcək

Ankara baş verənlərin fərqindədir. Türkiyə Yaxın Şərqdə, Şərqi Aralıq dənizində, Şimali Afrikada öz maraqlarına uyğun çoxşaxəli və çevik strategiya həyata keçirir. Hərbi-siyasi manevr imkanları, diplomatik kanallar və regional ittifaqlar Türkiyəyə yalnız müdafiə yox, aktiv qarşılıq vermək imkanı yaradır.

Bu baxımdan İsrail-Yunanıstan-Kipr xəttinin Türkiyəni sıxışdırmaq potensialı məhduddur.
Yaxın Şərq və Şərqi Aralıq dənizi yeni qarşıdurma mərhələsinə daxil olur. İsrail-Yunanıstan-Kipr əməkdaşlığı bölgədə təhlükəsizliyi möhkəmləndirməkdən çox, geosiyasi gərginliyi artıran faktor kimi çıxış edir. Türkiyənin regional çəkisi nəzərə alınmadan qurulan istənilən ittifaq isə uzunömürlü və dayanıqlı olmayacaq.

Regionda sülh yox, balans əsas həlledici faktordur. Balans pozulduqda isə Aralıq dənizi növbəti böyük qarşıdurmanın səhnəsinə çevrilə bilər.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Dekabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri